Şəhid atasının maşını qarət olundu - FOTOLAR

Şəhid atasının maşını qarət olundu - FOTOLAR
Goranboyda silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Samux rayon sakini, əvvəllər məhkum olunmuş, Nadir Hüseynov yaxın qohumu və həmyerlisi Röyal Həsənov ilə birlikdə noyabr ayının 16-da Goranboy rayonuna gələrək 2 avtomobildən ümumi dəyəri 1881 manat olan musiqi avadanlıqlarını oğurlayıblar.

N. Hüseynovun ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha 2 anoloji cinayət hadisəsini törətdiyi məlum olub. Saxlanılan şəxs bu ilin oktyabr ayında Goranboy rayonuna gələrək, Vətən Müharibəsi şəhidinin atasına məxsus avtomobilə qeyri qanuni yolla daxil olaraq 360 manat dəyərində maqnitafon və səsgücləndiricini oğurlayıb. Bundan başqa, N. Hüseynov növbəti dəfə noyabr ayında vətəndaşa məxsus avtomobildən 450 manat dəyərində maqnitafon və səsgücləndiricini oğurlayıb.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırmalara davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...

Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, ...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...