Şəhid anasının etirazına rəsmi cavab – Mingəçevir Şəhər İcra Hakimiyyətindən açıqlama
15:04 / 23.09.2021
1607
"İki oğlu şəhid olmuş ananın Mingəçevir rəhbərliyinə
və deputat Aydın Mirzəzadəyə kəskin etirazı” başlıqlı müsahibəyə cavab olaraq Mingəçevir Şəhər İcra Hakimiyyəti açıqlama yayıb.
Sfera.az həmin açıqlamanı təqdim edir:
Bldiririk ki, Nəhayət Həsənovanın oğlanları Həsənov
Musa Tapdıq oğlu və Həsənov Tural Tapdıq oğlu 21.09.2020-ci il tarixdən Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi tərəfindən
hərbi xidmətə çağırılmış, 29.09.2020-ci il və 09.12.2020-ci il tarixlərdə şəhid
olmuşlar. Şəhər İcra Hakimiyyəti tərəfindən Şəhidlərin qəbirlərinin üstü
götürülmüş, ətrafında abadlıq işləri görülmüşdür.
Şəhidlərin anasına hər birinə 1000 (min) manat
olmaqla 2000 (iki min) manat, ötən ilin dekabr ayında 31 dekabr Həmrəylik Günü
ilə əlaqədar isə hər birinə 200 (iki yüz) manat olmaqla 400 (dörd yüz) vəsait
ayrılmış, "Kapital bank”ın Mingəçevir filialı vasitəsi ilə ödənilmişdir. Ötən
ilin sonlarında 2 dəfə, cari ilin Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar
şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ailəyə ərzaq yardımı edilmişdir. Eyni
zamanda şəhər İcra Hakimiyyəti tərəfindən 2020-ci ilin dekabr ayında onun evinə
istilik sistemi çəkilmişdir. Bundan əlavə şəhid Həsənov Musanın həyat yoldaşı
Maya Həsənova Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən himayəyə götürülmüş, hər
ay 1000 (min) manat vəsait ödənilir. Həsənov Turalın həyat yoldaşı Rəbiyyə Həsənova
"Avrora” şirkəti tərəfindən himayəyə götürülmüş, hər ay 500 (beş yüz) manat vəsait
ödənilir.
Heydər Əliyev Fondu tərəfindən hər iki şəhidin ailəsinə
müvafiq olaraq 10000 (on min) manat, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi tərəfindən 3000 (üç min) manat,
"YAŞAT” fondu tərəfindən Həsənov Musanın həyat yoldaşına 2500 (iki beş yüz)
manat, Həsənov Turalın həyat yoldaşına 5000 (beş min) manat vəsait ödənmiş, Nəhayət
Həsənovaya şəhər Polis Şöbəsi tərəfindən 500 ədəd mişar daşı, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi tərəfindən 500 ədəd
mişar daşı, 1 ton sement verilmişdir. Mingəçevir şəhər Bələdiyyəsi Nəhayət Həsənovanı
fərdi mənzil tikintisi üçün torpaq növbəliliyinə götürmüş, habelə Musa Həsənovun
xatirə bulağının tikintisinə 2000 (iki min ) manat vəsait ayırmışdır. Bulağın
tikintisi başa çatdıqdan sonra Şəhər İcra Hakimiyyətinin xətti ilə bulağın ətrafı
asfaltlanmışdır. Həmin ərazinin asfaltlanması cari ilin iş planına salınmış və
Azərsu ASC tərəfindən kanalizasiya xətlərinə ev bağlantıları qoşulduqdan sonra
küçələrdə asfaltlanma işlərinə başlanılacaqdır.
Şəhidlərimizin adına küçə verilməsi məsələləri "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə tənzimlənir. N.Həsənovanın müraciəti ilə əlaqədar şəhər İcra Hakimiyyətinin "Küçə və meydanlara ad verilməsi komissiyası”nda məsələyə baxılmış və ona cavab məktubu yazılmışdır. Əlavə olaraq bildiririk ki, Birinci Qarabağ müharibəsi və eləcədə Aprel Şəhidlərinin adına əvvəllər küçə adları verilmişdir. Günəşli bağ massivində olan küçələrə qanunvericiliyə uyğun olaraq komissiya tərəfindən adlar verilmişdir. Hal-hazırda orada adsız küçə yoxdur. Gələcəkdə bu məsələyə qanunvericiliyə uyğun baxılacaqdır.