No Image
No Image

Şəhid ailələrinə və müharibə əlillərinə evlər bu tarixdən veriləcək

Şəhid ailələrinə və müharibə əlillərinə evlər bu tarixdən veriləcək
"Növbəti həftələr ərzində məcburi köçkünlər üçün tikilmiş mənzillər şəhid ailələri və müharibə əlillərinə veriləcək”.

Sfera.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

O qeyd edib ki, son həftələr ərzində Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərin öz torpaqlarına qaytarılması ilə bağlı yeni bir tapşırıq verilib:

"Məcburi köçkünlər "Böyük qayıdış” konsepsiyası çərçivəsində doğma torpaqlarına qayıdacaqlar.

İndiyədək Bakıətrafı rayonlarda, Sumqayıtda məcburi köçkünlər üçün tikilmiş 4700 mənzil ƏƏSMN-nin balansına veriləcək. Bu da şəhid ailələrinin və müharibə əlillərinin ev problemini daha tez şəkildə həll etməyə imkan yaradacaq.

Hazırda nazirliklə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında hüquqi sənədlər, mənzillərin balansa götürülməsi və sair işlər gedir. Gələn həftələrdə aktiv şəkildə bu mənzillərin verilməsinin şahidi olacağıq”.


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Şuşanın azad edildiyi gün çəkilən FOTO

Şuşanın işğaldan azad olunduğu gün hərbçilərimizin qələbə fotosu çəkilib.  Sfera.az xəbər verir ki,  bu barədə foto sosial şəbəkələrdə paylaşılı...

"Meyvəli" bazarında yanğın söndürüldü

Bakının Qaradağ rayonu ərazisində "Meyvəli" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata gör...

Hakim Mahmud Ağalarov dələduzluqda ittiham olunan prokurorluq əməkdaşı haqda hansı qərarı verəcək?

Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasovla bağlı sabah məhkəmə iclası keçiriləcək.   Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər mə...

Sabahdan məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

Bakıda məktəblərin koronavirusa görə martın 1-dən distant təhsilə keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb.    Sfera.az BAKU.WS-a istinadən xəbər ...

"Azərişıq"dan smart kart ödənişlərində problem yaranacağı ilə bağlı təkzib

"İnformasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış, a...

Magistraturaya qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına  qəbul imtahanı keçirib. DİM-dən Sfera.az-a verilən məlumata görə, ...