No Image
No Image

Şəhid ailələrinə təqaüd kartı evlərində təqdim edildi - FOTO

Şəhid ailələrinə təqaüd kartı evlərində təqdim edildi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun rəhbər şəxsləri tərəfindən şəhid ailələri ilə görüşlər davam edir.

ƏƏSMN-dən Sfera.az-a verilən məlumata görə, bu dəfə Fondun sədr müavini Səfər Mehdiyev Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan Eynulla Lətifovun (Quba rayonu, İkinci Nügədi kəndi),  Rəşad Səfərəliyevin (Xaçmaz şəhəri) və Ağaəli Ağayevin (Siyəzən rayonu, Balaca Həmyə kəndi) ailələrində olub.

Görüşlər zamanı ailələrin sosial vəziyyəti öyrənilib. Onlara şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verilib.

Hər üç şəhidin ailələrinə Prezidentin aylıq təqaüdünün və sosial müavinətin təyin olunduğu bildirilib. Şəhid ailələrinin həmçinin aktiv məşğulluq proqramlarına cəlb olunması işlərinin də aparıldığı qeyd olunub. 

S.Mehdiyev ailələrə təqaüd kartını və "Şəhid ailəsi üzvü” vəsiqəsini təqdim edib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanacağını vurğulayıb.

 
Turan Bank

OXŞAR XƏBƏRLƏR

MN: Vətən müharibəsindən qayıdan şəxslərin 1 700-dən çox müraciətinə baxılıb

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir...

Zəfər muzeyinin yaradılması ilə bağlı hazırlıq işlərinə başlanıldı - Fotoreportaj

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı hazırlıq işlərinə başlanılıb. Sfera.az xəbər verir ki, Vətən müharibəsi memor...

Ağdamın Qasımlı kəndi - FOTOLAR/VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Ağdam rayonunun Qasımlı kəndindən videogörüntülər hazırlayıb. Sfera.az  həmin görünt...

Zəfər muzeyi və memorial kompleks bu yerdə olacaq - FOTOLAR/VİDEO

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı hazırlıq işlərinə başlanılıb. Sfera.az-ın məlumatına görə, Vətən müharibəsi m...

Nazir onu şöbə müdiri təyin etdi - FOTO

Təhsil Nazirliyində yeni kadr təyinatı olub. Sfera.az  xəbər verir ki, Nazirliyin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinə yeni müdir təyin e...

MN-dən səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı açıqlama - FOTOLAR

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir...