Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri

Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri
Vergi Məcəlləsinə edilən dəyişikliklərdə eyni zamanda şəhid ailələri üzvləri və qazilər üçün də yeni vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Milli Məclisdə qəbul olunan dəyişikliklərə əsasən, şəhid olmuş şəxslərin ailə üzvlərinin və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20 min manatadək olan hissəsi vergidən azad olunur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a açıqlamasında bildirib ki, aparılan müzakirələrdən sonra təklif edilən vergidən azad olunan məbləğin 2 dəfə artırılması qərara alındı.

Onun sözlərinə görə, bu əslində, Milli Məclis ilə hökumət arasında bu istiqamətdə də müzakirələrin səmərəli həyata keçirildilyindən xəbər verir.

"Milli Məclisdə təsdiq olunan digər güzəşt vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirin vergidən azad olunmasıdır. Bu hal da vergiyə cəlb olunma baxımdan müzakirə edilən məsələlərdən idi. Yeni dəyişikliklər ilə bu halda məbləğ limiti olmadan vergi güzəşti tətbiq olunacaq”.

Deputat məcəllədə nəzərdə tutulan hər iki güzəştin şəhid ailələrinin və qazilərimizin sosial təminatının gücləndirilməsi baxımdan vacib hesab olunduğunu qeyd edib.

"Belə ödənişlər həyata keçirilən və ya gəlirlər yaranan zaman şəhid ailələri və qazilərimizin vergi ödəməkdən azad olunmasına imkan verəcək” .

Qeyd edək ki, dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək.

OXŞAR XƏBƏRLƏR

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTOLAR

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...