Şəhərlərarası və rayonlararası hərəkət bərpa edildi
00:23 / 25.01.2021
5504
25 yanvar saat 00:00-dan etibarən şəhərlərarası və rayonlararası hərəkət bərpa edilir.
Sfera.az -ın məlumatına görə, həmçinin ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);
bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
muzey və sərgi zallarının fəaliyyətinə icazə veriləcək. Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə aprelin 1-dək tətbiq olunacaq.
Qeyd edək ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə və sosial məsafə saxlamaq məcburidir.