Şəffaflıq prinsipləri tərəfdaşlığımızın əsasını təşkil edəcək - Nazir
21:42 / 14.09.2021
1842
Vətəndaş cəmiyyəti institutlarının nazirliyin işində yaxından iştirakı, qərarların qəbulunda ictimai rəyin nəzərə alınması, aşkarlıq və şəffaflıq prinsipləri tərəfdaşlığımızın əsasını təşkil edəcək.
Sfera.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında bildirib.
Qeyd edək ki, Mikayıl Cabbarov bu gün İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb. Nazirin bildirdiyinə görə, görüş əməkdaşlıq istiqamətlərinin faydalı müzakirəsi şəraitində keçib.