No Image
No Image

Səfər Mehdiyev ÜGT rəhbəri ilə görüşdü

Səfər Mehdiyev ÜGT rəhbəri ilə görüşdü
Bu gün Dövlət Gömrük Komitəsinin sədri, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa regionu üzrə sədr müavini Səfər Mehdiyev ilə ÜGT Baş katibinin müavini Rikardo Trevino Çapa arasında videokonfrans formatında görüş keçirilib.

Bu barədə Sfera.az-a Komitədən bildirilib.

Məlumata görə, Komitə sədrinin ÜGT-nin Avropa regionu üzrə sədr müavini kimi iştirak etdiyi görüş təşkilatın gələcək fəaliyyətinə həsr olunan və cari ilin 15-16 fevral tarixlərində keçiriləcək virtual regional seminarın təşkilati məsələlərinə həsr olunub. Seminar ÜGT strategiyasının müəyyənləşdirilməsində strateji proqnozlaşdırma metodologiyasının istifadəsi mövzusunda keçiriləcək.

Tərəflər təşkilati məsələlərlə bağlı fikirlərini və təkliflərini səsləndiriblər. O da bildirilib ki, ÜGT-nin bütün regionları üzrə keçiriləcək bu seminarlar əməkdaşlığın daha da gücləndirilməsinə, hədəflərin müəyyən edilməsi və əlaqələrin möhkəmləndirilməsi məsələlərinin müzakirəsi üçün münbit şərait yaradacaq, gömrük orqanlarının strateji inkişafında önəmli rol oynayacaq.
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“2021-ci il də artıq qələbələrlə başlayır”

"İlin əvvəlində məhz buraya gəlməyim təsadüfi deyil. Yəni, 2021-ci il də artıq qələbələrlə başlayır. Əlbəttə ki, mənim bölgələrə ilk səfərim, hamımız üçün doğma...

İlham Əliyev iki zavodun təməlini qoydu - FOTOLAR

Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında "Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, "Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının t...

Nazirlər Kabineti Qarabağın bərpasında hansı şirkətlərə üstünlük veriləcəyini açıqladı

"İşğaldan azad edilmiş Qarabağın yenidən qurulması üçün müxtəlif ölkələrin bərpa təcrübəsini araşdırdıq. Bizim üçün ən uyğun təcrübənin Türkiyə modeli olacağını...

Lavrov erməniləri niyə məyus etdi? – “Qarabağın statusu müzakirə mövzusu deyil” açıqlamasına REAKSİYA

"Bu açıqlama ondan xəbər verir ki, Dağlıq Qarabağın status məsələsini ATƏT-in Minsk qrupu müzakirə etməlidir və edəcək”. Bunu Sfera.az-a açıqlamasında Rus...

Navalnının qayıdışı, Ukrayna ilə müttəfiqlik... – Co Bayden Rusiyaya hansı sürprizlər hazırlayıb?

"Rusiya üçün Baydenlə ortaq nöqtələr tapmaq son dərəcədə çətin olacaq. Ümumiyyətlə çətin ki, ortaq nöqtələr tapılsın".   Bunu Sfera.az-a açıqlaması...

"Erməni tərəfi əsirlərin siyahısını vaxtında təqdim etmədi" - Lavrov

"Erməni tərəfi əsirlərin siyahısını vaxtında və tam şəkildə təqdim etməyib. Noyabrın 9-u yekunlaşan hadisələr zamanı əsir düşənlərin dəyişdirilməsi baş tutub”. ...