Səfər Əbiyevin "biznes ortaqları" niyə fəallaşıb? - ŞOK SƏBƏBLƏR

Səfər Əbiyevin

1990-cı ilərin ortlarında Qarabağda gedən qızğın döyüşlərdən sonra yeni-yeni özünə gəlməyə çalışan Azərbaycanda nizamlı Ordu yaradılmağa başlandı. Ordunun güclənməsi, düzgün müdafiə sisteminin qurulması, torpaqların qorunması və işğal edilmiş ərazilərin azad edilməsini əsas prioritet götürən Azərbaycan hakimiyyəti diqqəti Orduya yönəltdi.


 

1995-ci ildə Müdafiə Naziri təyin edilən Səfər Əbiyevin üzərinə böyük məsuliyyət düşürdü. Külli miqdarda maddi və mənəvi zərərə uğrayan Azərbaycan, o dövrün imkanlarını da nəzərə almaqla, özünə gəlməyə, evlərindən didərgin düşmüş insanları evlə təmin etməyə, çökmüş iqtisadiyyatı ayağa qaldırmağa, bununla yanaşı da Ordunun təşkil və təmin edilməsi üçün büdcə ayırmağa çalışırdı. Lakin, yeni təyin edilmiş Səfər Əbiyevi öz cibinin təminatı daha çox maraqlandırırdı. Ona görə də Ordu daxilində öz biznes şəbəkəsini qurmağa başladı və öz qardaşlarını bu zəncirin ilk halqaları elan etdi.

 

 

Belə ki bir qardaşı hərbi hissələrdə əsgər mağazalarına nəzarət etməyə başladı. Həmin dövrdə əsgərlər gündəlik istifadə edilən ləvazimatla təmin olunmadıqları kimi, öz maaşları və ya valideynlərinin hesabına həmin əşyaları mağazalardan almağa məcbur idilər. İkiqat, üçqat qiymətə satılan ləvazimatlar əsgərlərin bütün maaşlarını əhatə edir, hətta mağazaya borclu qalırdılar. Hərbi hissələrdən 50-100 metr kənarda olan mülki mağazalara buraxılmayan əsgərlərin, daha ucuz başa gəlsin deyə valideynlərinə və ya xahişlə çölə çıxmaq imkanı olanlara ehtiyacları olan əşyaları aldırdıqlarını görəndə isə, ortaq bir komanda ilə sadəcə kağıza imza atmaqla maaşları ödənmiş hesab edilən əsgərlərin maaşı Səfər Əbiyevin qardaşının xüsusi canfəşanlğı ilə toplanmağa və əsgər mağazalarına axmağa başladı. Beləliklə əsgər mağazası biznesli uğurla quruldu.

 

 

Lakin bununla bitmədi. Əsgər maaşı ilə yanaşı zabit-gizirlərin də maaşına göz dikildi. Səfər Əbiyev digər qardaşının əli ilə özünə hərbi mağaza (vayentorq) biznesi qurdu. Səlyan kazarması adlanan yerin qarşısında, Mirvari plaza adlanan yerdə "MEN Ltd” şirkəti ölkənin bütün hərbi mağazalarına hərbi mallar ixrac etməyə başladı. Zabit gizirlərin təminatı bərbad vəziyyətdə olduğundan əşya anbarı da keyfiyyətsiz formalar verir, ya da ümumiyyətlə heç vermirdi. İstifadəsi mümkün olmayan bu geyimlər hərbi məktəblərdəki kursantlara tikilib verilirdi. Hərbi hissələrdə də hərbi qulluqçular illərlə yeni forma, yeni ayaqqabı ala bilmirdilər. Sıra baxışlarında isə təminatın olmaması Səfər Əbiyevin və onun əlaltılarını maraqlandırmadığına görə, günahsız yerə cəza almamaq üçün hərbi mağazalara üz tutan hərbi qulluqçuları isə orda fantastik qiymətlər gözləyirdi. Bu ağlasığmaz qiymətlərə baxmayaraq hərbiçilər formaları nişanları ilə birlikdə həmin mağazaların atelyelərində tikdirməyə məcbur idilər. Səhra çantası üşün farnitura deyilən əşya isə məcburi idi. Bir neçə ildən bir forması dəyişdirilən bu əşya hər kəsdə məcburi şəkildə olmalı idi. Qardaşının əli ilə zabit gizirlərin cibinə girməklə Səfər Əbiyev özünə daha bir biznesi bu üsulla qurdu.

 

 

"Pul gətirən” vəzifələri öz əlaltıları ilə dolduran sabiq nazir maddi-texniki təminatın tamamını öz məqsədləri üçün istifadə edirdi. Əşyadan sonra ərzaq, yanacaq, tikinti kimi sahələr də Səfər Əbiyevin cibinə işləyirdi.

 

 

Hal-hazırda da Milli Məclisin deputatı olan Vahid Əhmədov Ordunun ərzaq təminatında aparıcı rol oynayırdı. Ordunu ətlə təmin edən Vahid Əhmədovun bu ətləri hardan, necə və neçəyə əldə etdiyi isə sirr olaraq qalır. Anbara daxil olan ətlər qoca heyvan ətləri, üstəlik leş vəziyyətində olurdu. Heyvanlar üçün satılan "viskas” belə həmin ətlərdən daha keyfiyyətli və dadlı olardı. Böyük parçalar halında və qeyri-adi rəngdə olan bu ətlər bütün məlum heyvanlardan böyük idi və mənşəyi naməlum idi. İllərlə bu ətlərlə qidalanan şəxsi heyətin dəfələrlə zəhərləndiyi hamıya məlumudur.

 

 

Ordunun yağ, konserv və başqa məhsulları isə Səfər Əbiyevin yaxın adamı olan Elçinin biznesi idi. Kərə yağı adı ilə anbara daxil olan marqarin böyük pullara başa gəlirdi. Zərəri isə saymaqla bitməz. Ucuz yağlardan hazırlanan marqarin orqanizmdə trans-piylər əmələ gətirir. Bu trans-piylər də urək-damar, sinir, immun, cinsiyyət və mübadilə sistemlərinə düzəlməyən ziyanlar vurur və onkoloji xəstəliklərin inkişafi riskini artırırdı. Amma təbii ki bunlar Səfər Əbiyev və onun biznes ortaqları üçün maraqlı deyildi.

 

 

Bundan əlavə, Orduya satılan konserv məhsulları da eyni vəziyyətdə idi. İçi xırda-xırda ətə bənzəyən tikələrlə doldurulmuş konservin üzərində qatı mənşəyi məlum olmayan yağ təbəqəsini görən zabitlər onu yeməkdən imtina edirdilər. Ərzaq xidməti rəisi konservin nümunəsini Səfər Əbiyevə təqdim edib yararsız olduğunu sübut etmişdi. Sabiq nazir isə xidmət rəisinin üzünə, təminata qəbul etməməsini tapşırıb, bir neçə gün sonra isə əmrlə aşağı vəzifəyə verdi və ardınca Ordudan uzaqlaşdırdı ki, biznesinə mane olmasın. Daha bir kiçik maneəni yolundan götürən sabiq nazir ərzaq biznesinin pullarını cibinə axıtmağa davam elədi.

 

 

Ordunun tərəvəzlə təminatı işinə isə Şəmkirin keçmiş icra başçısı mərhum Aslan Aslanov baxırdı. Müdafiə Nazirliyinə girəndə Səfər Əbiyevin az qala orkestrlə qarşıladığı Aslan Aslanov, özünü "xozeyin” hiss edir və hərbiçilərlə də elə davranırdı. Anbarda tərəvəz qəbulu zamanı gecikmələr yarandıqda, baza komandirinin, baytarın və zabitlərin üzərinə qışqırır, onu qane etməyənlərin isə xidmətdən uzaqlaşdırılmasına nail olurdu.

 

 

Səfər Əbiyevin ən etibarlı əlaltısı olan Hərbi polisin sabiq rəisi Rövşən Məhərrəmov və onun qaranlıq işləri hamıya məlumdur. Qılıncının önü də, arxası da kəsən vaxtlarda Rövşən Məhərrəmov ərzaq bazasının rəisi Firdovsi Namazova onun xidməti otağını "avroremont” eləməyi "buyurur”. F.Namazov təmir üçün təminatın və pulun olmadığını deyəndə Rövşən Məhərrəmov özündən çıxır: " Ya dediyimi edəcəksən, ya da Hərbi polisi xidmət yerinə tökəcəm. Ondan sonra nəinki təmir, mənə ev də tikməli olacaqsan” deyə cavab verir. Rövşən Məhərrəmovun bu cürəti kimdən aldığı da aydındır. İndilərdə R. Məhərrəmov və onun kimi adamların sosial şəbəkələrdə aktivləşməyinin səbəbinin də Səfər Əbiyev olduğunu təxmin etmək çətin deyil. Buna səbəb isə Ordunun güclənməsini, təminatın və silahlanmanın yüksək səviyyədə olmasını, dövlət başçısının Orduya, Ordu rəhbərliyinə etimadını həzm edə bilməməsidir.

S.Əbiyevin xidməti zamanı və indiki zaman arasında yerlə göy qədər fərqin olması da hər kəsin gözü qabağındadır. Gəlir mənbəyinin əlindən çıxması ilə barışa bilməyən, xidməti dövründə Ordudan taladığı pullarla xaricdə qurduğu biznes imperiyasının başında duran Səfər Əbiyev hələ də onun üçün işləyən, məlumat ötürən, qarayaxma kompaniyası aparan "tör-töküntülər” vasitəsilə heç nə əldə edə bilməyəcək.

 

 

 

Aslan

Sfera.Az

OXŞAR XƏBƏRLƏR

Sərt karantin rejimi uzadılacaq? — RƏSMİ AÇIQLAMA

8 rayon və şəhərdə tətbiq edilən sərt karantin rejiminin uzadılıb-uzadılmaması situasiyadan asılı olacaq, bu, hələlik müzakirə olunmur. Sfera.az xəbər ve...

Ramin Bayramlı Operativ Qərargahın brifinqində niyə iştirak etmir? - AÇIQLAMA

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı son günlər Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinq...

Nazim İbrahimov bu vəzifəsini də itirdi – YENİ TƏYİNAT

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov daha bir vəzifəsini itirib. Sfera.az-ın məlumatına görə, o Nizami Gəncəvi Beynəlxalq M...

Kənd təsərrüfatı istehsalçılarının sığorta dərdi – ÇIXIŞ YOLU NƏDİR?

Son günlər Azərbaycanın qərb və şimal-qərb regionlarında havaların qeyri-sabit keçməsi, güclü külək əsməsi, dolu düşməsi kənd təsərrüfatı sahəsinə ciddi ziyan...

"E-Təbib” mobil tətbiqi bizə nə verəcək? – Ekspert RƏYLƏRİ

"E-Təbib” mobil tətbiqilə insanlar virusla bağlı daha dolğun və operativ məlumatlar alacaq”. Sfera.az-a açıqlamasında bu sözləri koronavirusun yayılması...

Hamının Prezident İlham Əliyevə bənzətdiyi bu şəxs kimdir? - VİDEO+FOTO

Bir neçə gündür ki, sosial şəbəkələrdə prezident İlham Əliyevə oxşarlığı ilə diqqət çəkən şəxsin videosu böyük marağa səbəb olub. Bildirək ki, bu görünt...