Sədr: “AccessBank”ın kollektivinin 35%-i xanımlardır

Sədr: “AccessBank”ın kollektivinin 35%-i xanımlardır
"AccessBank”ın işçi heyətinin təxminən 35%-i xanımların payına düşür. Bu barədə bankın İdarə Heyətinin sədri Anar Həsənov Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Cəmiyyətdə qadın menecerin rolu” adlı tədbirdə çıxışı zamanı bildirib.

"Əgər bir cəmiyyətdə qadın menecerlərin rolundan danışırıqsa, qeyd etməliyəm ki, ölkənin ən iri işəgötürənlərindən biri olan "AccessBank”da menecer olan xanımların sayı az deyil. Onlar department və filial rəhbəri kimi məsuliyyətli vəzifələrdə çalışırlar. Bir şey dəqiqdir ki, onlar işinin öhdəsindən layiqincə gəlir. Hər bir kollektivdə olduğu kimi, "AccessBank”ı da gözəlləşdirən məhz bizim xanımlardır”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, idarəçiliklə məşğul olan bir çox xanımlar eyni zamanda həm möhkəm olmağı, həm incəlik və zərifliyini qorumağı bacarmalıdır: "Heç kəsə sir deyil ki, onların qayğıları yalnız iş yeri ilə bitmir. Çünki onlar menecer olmaqla yanaşı, həm ana, həm də həyat yoldaşıdır. Bu isə xanımların çiynində hansı yükün olmasından xəbər verir”.

Xanım və kişi menecerləri müqayisə edən bankir bildirib ki, qadınlar nisbətən çevik, diplomatik, ünsiyyətçil olduğu üçün idarəçiliyi daha yaxşı bacarırlar. Daha bir üstünlük kimi Anar Həsənov qəti qərarların xanımlar tərəfindən daha tez qəbul olunduğunu qeyd edib: "Sözsüz ki, "qadın intuisiyası”nın burada rolu böyükdür”.

Tədbirin sonunda Anar Həsənov bütün xanımları qarşıdan gələn 8 mart münasibətilə təbrik edib, onlara daim xoşbəxt olmağı və gülərüz qalmağı arzulayıb.






OXŞAR XƏBƏRLƏR

Almaniya Prezidenti Türkiyəyə SƏFƏR EDƏCƏK

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-24-də Türkiyəyə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb...

Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” ela...

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası aprelin 19-da keçiriləcək.   Sfera.az xəbər verir ki, toplantının gündəliyinə 14 məsələnin mü...

Kürdə batan ata və qızının axtarışları DAVAM EDİR - VİDEO

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-...

Baş Prokurorluq Sumqayıtda konfrans keçirdi - FOTO

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin ...

Prezident: "Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək"

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq...