“Sədərək”dəki yanğın bu ərazilərə də keçdi - 22 mağaza kül oldu - FOTO- VİDEO
11:10 / 18.02.2020
2743
Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək” Ticarət Mərkəzindəki yanğın ayaqqabı satılan sıraya da keçib. 22 mağaza tam yanıb, 8 mağazaya isə söndürülərkən ziyan dəyib.
Hazırda yanğın söndürülsə də, qara tüstü qatı hələ də çəkilməyib. Qatı tüstüyə səbəb ayaqqabıların yanmasıdır.
Sfera.azxəbər verir ki, yanğın nəticəsində hazırda həmin ərazidə güclü tıxac yaranıb. Şəhərə gələn avtobuslar istiqamətini dəyişib.
Hadisə yerindən ən son videonu təqdim edirik:
(yeniçağ)