“Sədərək”də malları yanan sahibkarların - SİYAHISI

“Sədərək”də malları yanan sahibkarların - SİYAHISI

Ötən gün "Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğından zərər çəkən sahibkarların adı açıqlanıb.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, saat 16:30 radələrində başlayan yanğın "Sədərək” Ticarət Mərkəzində Bakı şəhər sakinləri 1970-ci il təvəllüdlü Ağa Ağali oğlu Abbasova məxsus parfümeriya, oyuncaq, 1985-ci il təvəllüdlü Rasim Arif oğlu Ələkbərova məxsus oyuncaq, yuyucu mayelər, 1984-cü il təvəllüdlü Xəyal Gülməmməd oğlu Söhbətova məxsus alışqan, onları doldurmaq üçün qaz balonları saxlanılan anbarda baş verib. 

Ümumilikdə sahəsi 2 min kv.m olan anbarın 300 kv.m-i yanıb. 

Hadisə nəticəsində Fövqalədə Hallar Nazirliyinin əməkdaşları Zeynalov Mirqaməd Nəsib oğlu - 35 yaş, Nəbiyev Vüsal Kərim oğlu - 33 yaş, Hüseynqulu Sənan Teymur oğlu - 26 yaş, Kərimov Anar Şamil oğlu - 34 yaş, Şahpələngov Cahid Tərlan oğlu - 30 yaş, Həsənli Ruslan Həsən oğlu - 25 yaş, Əmənov Elnur Əmrah oğlu - 24 yaş və 1993-cü il təvəllüdlü Yusif Natiq oğlu Aslanov tüstüdən zəhərlənib.

Bundan başqa, ərazi üzrə rayon Polis İdarəsinin əməkdaşları olan 1993-cü il təvəllüdlü Namiq Natiq oğlu Daşdəmirov, 1993-cü il təvəllüdlü Hilal Mehman oğlu Hacızadə, 1989-cu il təvəllüdlü Xətai Xanış oğlu Məhəmmədov və 1986-cı il təvəllüdlü Tural Ramiz oğlu Abbasov tüstüdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə ilkin yerləşdiriliblər. FHN və DİN əməkdaşlarına ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıb.

Yanğının hansı səbəbdən başladığı araşdırılır.


OXŞAR XƏBƏRLƏR