Səda Sayan məşhur şoumenlə bağlı təcavüz iddiasına son qoydu - FOTO
16:30 / 17.06.2021
2007
Səda Sayan şoumen Mehmet Əli Ərbillə bağlı açıqladığı təcavüz iddiasını təkzib edib.
Sfera.az bildirir ki, ifaçı Ərbilin üzr istəməsindən sonra bu addımı atıb. O, açıqlamasının yanlış olduğunu deyib. "Əsəblə ayrılıq səbəbi olan xəyanəti təcavüz kimi səhvən dilə gətirdim. Şər deyil, yanlış açıqlama oldu” , - deyə Sayan qeyd edib.
Xatırladaq ki, məşhur şoumen Səda Sayanın keçmişinin təmiz olmadığını demiş, Səda Sayan isə onu evlərində çalışan qulluqçuya təcavüz etməklə günahlandırmışdı. Ancaq sonra Mehmet Əli Ərbil Sedadan üzr istəyərək dərmanların təsiri ilə səhv etdiyini demişdi.
Türkan
Sfera.az