\"Şəbnəmin qızının atası mən deyiləm, öz övladlarım, nəvələrim var”

\
"Şəbnəm xanım mənim yanıma gələndə 4 yaşında qızı var idi. Qızın atası əvvəlki əri olub. İndiki yazılan xəbərlərdə oxuyuram ki, guya, mən o xanımın ilk əri olmuşam. Bu, yalandır, qızın atası mən deyiləm. Əgər  mən onunla 10 il yaşamışamsa, necə qızın 14 yaşı olur? Nə dərəcədə düzgündür?”

Bu sözləri "Qafqazinfo”ya açıqlamasında müğənni Şəbnəm Tovuzlunun keçmiş sevgilisi Ərşad Zəngilanlı deyib.

O, sənətçinin ittihamlarına cavab verib. Zəngilanlı qeyd edib ki, Şəbnəmlə rəsmi nikahı olmayıb:

"Fotolar mən tərəfdən çəkilməyib. Həmin şəkillər Şəbnəm xanımın telefonunda olub. Öz vicdanıma and içirəm ki, həmin şəkillər məndə heç vaxt olmayıb.  Ola bilsin ki, sənət yoldaşları var. Onun evindən və yaxud telefonundan götürüblər. İndi də mübahisəli məsələ ortaya çıxıb. Mən kişiyəm, həyatı boyu yaşadığım qadının şəkillərini yaymaram.

Buna nə ehtiyac var? Onun mənə bir pisliyi dəyməyib. Pisliyi keçsə belə, qadındır, bu addımı atmaram. Mənim onunla rəsmi nikahım olmayıb. Şəbnəm xanım yanıma gələndə ailəli idim. İndi də ailəmlə yaşayıram, övladlarım, nəvələrim var”.

Qeyd edək ki, Şəbnəm Tovuzlu bir neçə gün bundan əvvəl sosial şəbəkədə paylaşım etmişdi. İfaçı keçmiş ərinin onunla çəkilən fotolarını mətbuata yaydığını iddia etmişdi. 
 
Sfera.az
 

 


OXŞAR XƏBƏRLƏR

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Çiçəklənən Bakı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin edilməsi ölkən...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...