Şəbnəmin oxuduğu səhnə alışıb yandı - Video

Şəbnəmin oxuduğu səhnə alışıb yandı - Video

Müğənni Şəbnəm Tovuzlu Yeni il şənliyində çıxış edərkən gözlənilməz hadisə ilə üzləşib.

Sfera.az xəbər verir ki, sənətçinin ifası zamanı səhnənin ön hissəsində bir-birinin ardınca qoyulan fişənglər işə düşüb. 

Fişənglərdən çıxan qığılcımlar isə səhnənin dekoruna keçərək alışıb.

Köməyə gələn mühafizəçilər onu söndürməyə çalışsalar da, bu mümkün olmayıb.

Səhnə izləyicilərin gözləri önündə alovlanmağa başlayıb. Həmin an səhnəni qara tüstü bürüyüb. Şəbnəm baş verənlərdən özünü itirməyib ifasını davam etdirsə də, qatı tüstü səbəbi ilə o səhnəni tərk etmək məcburiyyətində qalıb. 

Baş verən xoşagəlməz hadisənin görüntüsü sosial şəbəkələrdə yayılıb. 

Qeyd edək ki, müğənni Şəbnəm Tovuzlu artıq ikinci dəfədir eyni təhlükəli vəziyyətlə üz-üzə qalır. Bir müddət öncə o, Xəzər TV-də yayımlanan "5-də-5” axşam şousunda qonaq olarkən fişəngin anidən alışıb tüstülənməsindən təlaş keçirərək ifasını dayandırmışdı. /oxu.az


OXŞAR XƏBƏRLƏR

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...