\"Səbail\" millimizin sabiq futbolçusu ilə anlaşdı
13:32 / 02.07.2021
1622
Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubu yeni futbolçu transfer edib.
Sfera.az-ın məlumatına görə, "dənizçilər" millinin sabiq müdafiəçisi Məhəmməd Mirzəbəyovla müqavilə bağlayıb. 31 yaşlı oyunçunun son klubu "Sabah" olub.
O, indiyədək yığmada 18 matça çıxıb.