SEBA \"Qobu Park\" yaşayış kompleksində məskunlaşmış 600 məcburi köçkünə könüllü tibbi xidmət göstərib

SEBA \
 

Sentyabrın 20-21-də Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə "Qobu Park" yaşayış kompleksində məskunlaşmış məcburi köçkünlər üçün könüllü tibbi xidmət göstərilib.

Sfera.az bildirir ki, SEBA-dan APA-ya verilən məlumatda bildirilirki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış "Qobu Park” yaşayış kompleksi dövlət tərəfindən yaradılmış 98 kompleksdən biridir və burada 1026 ailə məskunlaşıb.

SEBA Assosiasiyasının "Sabaha Sağlam Ruhla” adlı layihəsinin davamı olan tədbirin açılışında Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri, cənab Kim Tong Op və Klinikanın direktoru İsmət Qasımzadə çıxış edərək Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, həmçinin Səhiyyə Nazirliyinin rəhbərliyinə tədbirə dəstək verdikləri üçün minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bu tədbir SEBA Assosiasiyası tərəfindən həyata keçirilmiş 6-cı könüllü tibbi xidmət layihəsidir.

 

"Qobu Park" yaşayış kompleksinin 600-ə yaxın sakininə SEBA Koreya Şərq Təbabəti Klinikasının tibb heyəti tərəfindən ultrasəs müayinəsi, şərq təbabəti, nevroloji, ginekoloji, endokrinoloji, kardioloji, oftalmoloji, terapevtik, pediatrik, fizoterapevtik və laboratoriya üzrə xidmətlər göstərilib. İki gün davam edən tədbir çərçivəsində SEBA-nın 35 əməkdaşı iştirak edib.

Tədbirin sonunda pasiyentlərə "Gilan Holding” tərəfindən təqdim edilmiş qida məhsulları səbəti hədiyyə olunub.

Tədbirin ikinci günündə SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova çıxış edərək, dövlətimizin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan bəhs edib, belə gözəl şəraitdə gələcəyimizin təmsilçiləri olan övladlarımızın Vətən sevgisi ilə sağlam, savadlı və hər bir cəhətdən mükəmməl yetişdiriləcəyinə, həmçinin tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin bayramının qeyd ediləcəyinə inandığını söyləyib.

Qeyd edək ki, SEBA-nın məcburi köçkünlər üçün həyata keçirdiyi layihələrdə 2007-ci ildən bu günə qədər təqribən 4000-ə yaxın sakinə könüllü tibbi xidmət göstərilib. Bu xidmətlər Azərbaycanın müxtəlif regionlarında həyata keçirilib. 2007-ci ildə Qəbələdə 790, Yevlaxda 1563, 2015-ci ildə Füzulidə 260, 2016-cı ildə Beyləqanda 200, 2018-ci ildə Cocuq Mərcanlıda 227, 2019-cu ildə isə "Qobu Park" yaşayış massivində 600 nəfərə xidmət göstərilib.



 

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb"

Artıq söylədiyim kimi, dırnaqarası “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. ...

Elektrik avtomobilləri ucuzlaşır, satışları ARTIR

Beynəlxalq Enerji Agentliyinin (IAA) hər il dərc etdiyi Qlobal Elektrikli Vasitələrə Baxış hesabatına görə, bu ilin birinci rübündə elektrik avtomobil satışları...

Litva XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı MÜSBƏT QİYMƏTLƏNDİRDİ

Litva Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını müsbət qiymətləndirir.   Sfera.az xəbər verir ki, bu barədə L...

"İnter"in qələbəsi bütün gecə DAVAM ETDİ

"İnter"in kapitanı Lautaro Martinez səhər saat 4-ə qədər komandasının çempionluğunu azarkeşləri ilə qeyd edib.   Sfera.az bildirir ki, &ldq...

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İl...

Uşaq ölümlərinin əsas səbəbi AÇIQLANDI - STATİSTİKA

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) uşaq ölümlərinin və yaralanmalarının yarısı partlayıcı maddələrdən qaynaqlandığını açıqlayıb.   ...