Şöbədə vəkili döyən polislər işdən çıxarıldı

Şöbədə vəkili döyən polislər işdən çıxarıldı

Vəkil Orxan Kəngərlini döyməkdə ittiham edilən Binəqədi RPİ-nin 4-cü PŞ-nin bir neçə işçisi vəzifədən azad olunub. 

"Qafqazinfo” xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı məlumat yayıb. O bildirib ki, Daxili İşlər Naziri Ramil Usubovun ötən gün verdiyi əmrlə şöbənin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib. Təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilib. 

Əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məsuliyyətinə cəlb etmə tətbiq edilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin sözügedən şöbədə döyüldüyü haqda məlumatı təkzib etmişdi. VK Rəyasət Heyətinin sədri Anar Bağırov isə məsələnin tam araşdırılmalı olduğunu bildirmişdi. 


OXŞAR XƏBƏRLƏR

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Mayın 1-dən balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Bu barədə Sfera....

Peter Siyartonun Azərbaycana rəsmi səfəri BAŞLADI

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazir sosial şəb...

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...