Sayqa Afaqa görə yerə yıxılan oğlandan DANIŞDI - Keçən il də olubmuş… - VİDEO

Sayqa Afaqa görə yerə yıxılan oğlandan DANIŞDI - Keçən il də olubmuş… - VİDEO
 

Artıq bir neçə gündür ki, istər mətbuat gündəmini, istərsə də sosial şəbəkələrdə ARB telekanalında yayımlanan "Sayqa ilə" verilişinə çıxıb, müğənni Afaq Aslana eşq elən edən və daha sonra evlilik təklifinə "yox" alandan sonra ürəyi gedən oğlandan danışır. 

Sonradan iddialara görə sosial şəbəkələrdə sözügedən şəxsin səsyazması yayılıb. O, gündəmə gəlmək xatirinə şou yaratdığını etiraf edib: "Mənə dedilər ki, verilişimizdə Afaq Aslan qonaq olacaq. Sən diz çök, ağla, əlindən öp, özündən get... Bir həftədən sonra səni hamı tanıyacaq".

Sfera.az xəbər verir ki, Primetime.az saytı məsələ ilə bağlı "Sayqa ilə" verilişinin aparıcısı Sayqa ilə əlaqə yaradıb, həqiqətən həmin oğlanın qonorar qarşılığında efirə çıxmasını öyrənmək istəyib:

"Həmin oğlan bizim efirə gələndə məqsədli şəkildə gəlməyib. Təbii olan bir hadisə idi. Qondarma, səhnələşdirilmiş bir şey yox idi".

Daha sonra özünü verilişin rəhbəri kimi təqdim edən xanım məsələ ilə bağlı heç bir açıqlama vermək istəmədiklərini bildirib.

Oğlanın bu addımının sorağı qonşu kanal İTV-yə kimi gedib çatıb. Onlar da özlərinə xas bir şəkildə həmin hərəkəti ələ salıblar. Belə ki, Afaq Aslandan ötrü ürəyi gedən gənc bu dəfə "3D" verilişində Dadaş Dadaşlinskinin katibəsi Lyubaya evlilik təklif edib.

"Səni ilk gördüyüm gündən heç ağlımdan çıxmırsan, Lyuba. Sənə görə hər şeyimi, hətta əzizlərimi də qurban verməyə hazıram. Mənimlə evlənərsən?" deyə, oğlan bildirib. Lyubanın "Sən həmin sözləri dünən ARB-də demirdin?" sualına "Burada da yox desəniz, "Real"a (Real TV - red.) gedəcəm" sözləri ilə cavab verib.

Daha sonra verilişdə qonaq olan Azərbaycan Avtomobil Yolları Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi və ARB TV-nin aparıcısı Anar Nəcəfli efirlə sağollaşarkən sözügedən gənc yerdə uzanıqlı şəkildə olub.

Lyuba həmin şəxsə yaxınlaşaraq "Ay oğlan, veriliş bitdi, dur. Qonorarını mühasibatlıqdan alarsan" deyə, söyləyib.

Qeyd edək ki, analoji hal ikinci dəfədir baş verir. Əvvəl də qonaq olan Afaq Aslana "Sayqa ilə" verilişində bir gənc evlilik təklifi etmişdi. İkinci dəfə bu halın yaşanması ortaya bəzi suallar çıxarır.







OXŞAR XƏBƏRLƏR