"Sayğac var, pul da yazır amma su gəlmir" - Mingəçevirdə

Mingəçevir şəhəri, Səməd Vurğun 19 küçəsindəki hündür mərtəbəli, 36 mənzilli binanın sakinləri susuzluqdan şikayətçidirlər.
Sfera.az xəbər verir ki, Yeniavaz.com-a bu problemlə bağlı müraciət edən sakinlər narazılıqlarını dilə gətiriblər.
Bina sakini birinci qrup əlil Vaqif Cəfərov deyir ki, suyun təyziqi az olduğundan yuxarı mərtəbələrə çatmır və suya əbəs yerə pul ödəyirik:
"9 cu mərtəbədə oluram, əlil adamam. Mənim imkanım yoxdur ki, düşüb aşağı mərtəbələrdən su gətirim. Biz hər il yay ayı gələndə evdə işlətməyə su tapmırıq. Əvvəllər su yuxarı mərtəbəyə motorla qalxırdı. Heç bir problemimiz yox idi. Amma "Azərsu" tərəfindən binalar su sayğacı ilə təmin olunduqdan sonra biz işlətməyə su tapmırıq. Üstəlik su gəlmədiyi biz su pulu ödəyirik. Sayğac su oldu, olmadı pulu yazır. Mən kimin qapısını döyüm su istəyim?".

Digər qonşularda öz problemlərini dilə gətirərək bildirirlər ki, səhər işə gedəndə biz əl-üzümüzü yumağa su tapmırıq:
"Çaynikdən su töküb əl-üzümüzü yuyuruq. Nə hamamda su qızdırıcı cihaz yanmır, nə də paltar yuyan maşın işləmir. Bir sözlə yayın istisində biz də sudan korluq çəkirik. Halbuki yaşadığımız ərazidə sağımız da sudur, solumuz da. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik lakin problem həllini tapmayıb".

Əraziyə gələn Mingəçevir şəhər icra nümayəndəliyinin və Mingəçevir su-kanal idarəsinin əməkdaşları sakinlərə bildirdilər ki, yay ayı olduğundan bağlar, baxçalar suvarılır, ona görə suyun təyziqi aşağı düşür. Amma buna baxmayaraq bu problem yaxın günlərdə öz həllini tapacaq.

OXŞAR XƏBƏRLƏR

Nazirlikdən 190 manatla bağlı daha bir AÇIQLAMA

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 10-da keçirdiyi brifinqdə xüsusi karantin rejimi ...

Ekspert: Pik saatlarda yalnız avtobuslarla Bakının sərnişindaşıma tələbatını ödəmək çətindir

 Azərbaycanda yeni növ koronavirusa yoluxma sayının artması karantin rejiminin yenidən sərtləşdirilməsinə səbəb oldu. Sərtləşmə zamanı isə ilk olaraq metro...

Eldar Mahmudovun yeni milyardları üzə çıxdı

"Zaminbank" ASC-nin keçmiş rəhbərləri, hansı ki, Baş Prokurorluq tərəfindən həbs olunduqları barədə iki gün əvvəl məlumat yayılıb, ləğv olunmuş MTN-in generalla...

"Bütün nəqliyyat vasitələrinin fəaliyyətini bərpa etmək lazımdır"

 Son günlərdə metropolitenin fəaliyyətini dayandırması ilə ictimai nəqliyyatın yükü avtobus şəbəkəsinin üzərinə düşüb. Bakı Nəqliyyat Agentliyi sərnişin ax...

Deputatdan ictimai nəqliyyatın yükünün azaldılması ilə bağlı təklif

 Ölkə ərazisində karantin rejiminin sərtləşdirilməsi ilə metropolitenin fəaliyyəti dayandırıldı və bütün sərnişin axını avtobuslara yönəldi. Bakı Nəqliyyat...

SON DƏQİQƏ! Azərbaycanda koronavirusdan REKORD sayda sağalma

 Azərbaycanda 531 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər veri...