Saxtakarlıq etdi, cərimələr müğənniyə gəldi - DYP

Saxtakarlıq etdi, cərimələr müğənniyə gəldi - DYP
Əməkdar artist Nigar Şabanova ona məxsus "Mersedes” markalı avtomobilin 90-SE-012 dövlət nömrə nişanının "Honda” markalı başqa bir sürücüdə də olduğunu bildirib. Müğənni Dövlət Yol Polis İdarəsinə bununla bağlı bir ay öncə şikayət etdiyini, lakin problemin hələ də həl edilmədiyini və həmin sürücüyə görə hər dəfə ona cərimə gəldiyini bildirib.
 
Sfera.az xəbər verir ki, məsələ ilə bağlıBaş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə danışıb.

K.Əliyev açıqlamasında burda saxtakarlıq edildiyini və məsələnin artıq nəzarətə götürüldüyünü bildirib:

"Bu məsələ həllini tapıb və hazırda araşdırma gedir. Burda "Honda” markalı avtomobilin sürücüsü saxtakarlıq edərək F hərfinin altına qara xətt çəkib və kamera da onu E hərfi kimi oxuyur. Bilərəkdən nömrəyə müdaxilə ediblər ki, məsuliyyətdən yayınsınlar. Həmin sürücünün iki dəfə qayda pozuntusu qeydə alınıb və hər iki protokol da həmin şəxsə yönəldilib. Onun hazırda nömrəyə müdaxilə etdiyi üçün məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Nömrəyə bu cür müdaxilə edildiyi üçün cərimələr Nigar xanıma gəlib. Bu saxtakarlığı edən sürücü düşünməyib ki, sabah bu xüsusi cihaz vasitəsilə ortaya çıxacaq”.
 
(Moderator.az)

OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...