Saxta vaksinasiya sənədinə görə hansı cəza nəzərdə tutulub? – “Həm alanlar, həm də satanlar...”
12:17 / 08.04.2021
5182
"Peyvəndlə bağlı saxta sənəd hazırlayanları 3
il həbs cəzası gözləyir”.
Bu sözləri Sfera.az-a açıqlamasında COVİD-19 əleyhinə
vaksinasiya ilə bağlı saxta sənəd alanların olması barədə sosial şəbəkələrdə
yayılan məlumatlara münasibət bildirərkən vəkil İradə Cavadova deyib:
"Rəsmi sənədin saxtalaşdırılması, habelə
vaksinasiyadan keçməyən şəxsə bununla bağlı saxta sənədin verilməsi sözsüz ki,
cinayət məsuliyyətinin yaranması üçün əsasdır. Eyni zamanda, səlahiyyətindən
sui-istifadə edərək bu cür arayışların
alınması da cinayət məsuliyyətinə cəlb etmək üçün hüquqi əsaslar verir”.
Vəkilin sözlərinə görə, bu saxtakarlıqda əsas
məsuliyyəti həkim daşıyır: "Həmin addımı atan tibb işçisinə münasibətdə rəsmi sənədləri
saxtalaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələrilə cinayət
məsuliyyəti tətbiq oluna bilər. Həmçinin bu halda həmin saxta sənəddən istifadə
edən şəxsə münasibətdə, habelə rüşvət vermə, alma faktına görə də məsuliyyət yarana bilər”.
Elçin
.