Saxta peyvənd pasportu olanlar aeroportda tutulacaq – Yeni sistem TƏTBİQ OLUNDU

Saxta peyvənd pasportu olanlar aeroportda tutulacaq – Yeni sistem TƏTBİQ OLUNDU
COVID-19 pasportunun xaricdən Azərbaycana qayıdan vətəndaşlarımızın ölkəyə daxil olması üçün yetərli olmadığı məlum olub. Pasportla yanaşı koronavirus testinin neqativ nəticələri ilə bağlı sənəd də ölkəmizə səfər üçün əsas vermir.

Hava Limanında bu iki sənəddən əlavə immun testindən keçmək də tələb olunur. 

Qeyd edək ki, xaricdən qayıdan vətəndaşlarımız dünyanın digər ölkələrinin hava limanlarında bu cür durumla üzləşmədiklərini bildiriblər.

AZAL-ın mətbuat xidmətinin rəbəri Paşa Kəsəmənski Bizim.Media-ya açıqlamasında bildirib ki, ölkəyə səfərlərlə bağlı qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənib.
 
Həmin qaydalarda COVID pasportu və koronavirus testinin nəticələri ilə yanaşı immun sertifikatı da tələb olunur. 

Ölkəmizə girişin ciddi qorunması sevindirici haldır. Bununla belə sual yaranır – Əgər vətəndaşın COVID-19 pasportu varsa, eləcə və koronavirus testinin nəticələri neqativdirsə, immun sertifikatının tələb olunmasına ehtiyac varmı? 

Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, immun sertifikatının tələb olunmasının əsas səbəbi saxta peyvənd pasportlarıdır: 

"Kimsə gedib, saxta peyvənd pasportu ala bilər, amma qandan analiz verən zaman bilinir ki, immunitet yoxdur və saxta pasport alıb. Bu saxta peyvənd pasportlarına qarşı bir mübarizədir”.
 
Həkimin sözlərinə görə, eləcə də ölkəyə giriş yalnız koronavirus testinin nəticələri əsasında reallaşa bilməz: 

"Testin nəticələri onun yoluxmadığını göstərsə də, pevənd olunmayıbsa, o gəlib yoluxa, ağırlaşa və başqalarını da yoluxdura bilər”.

OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...