Saxta peyvənd arayışı satanları hansı cəza gözləyir? - Açıqlama

Saxta peyvənd arayışı satanları hansı cəza gözləyir? - Açıqlama
Ötən gün Gəncə Hava Limanında Gəncə- Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin COVID-19-la əlaqəli təqdim etdiyi tibbi arayışlar saxta çıxıb.
 
Milli Məclisin deputatı Azər Badamov Sfera.az-a  açıqlamasında saxta tibbi arayışla bağlı halların çoxaldığını bildirib: "Gəncədə də bu istiqamətdə müəyyən olunmuş halla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, həmin saxta sənədlərin kimlər tərəfindən verilməsi, tərtib olunması kimi məqamlar müəyyənləşdiriləcək və lazımi cəzalarını alacaqlar. Hər bir cəmiyyətdə belə saxta hərəkətlər mövcuddur. Ən əsası odur ki, bu cür hallar aşkar edilir və araşdırılır”.

Müsahibimiz həmçinin vaksin vurdurmayan, bunun əvəzinə saxta yollara əl atan vətəndaşlardan da söz açıb: "Vətəndaşların vaksindən boyun qaçırmaqları fikrimcə, məsuliyyətsizliyin göstəricisidir. Çünki insan şüurlu şəkildə dərk etməlidir ki, koronavirus təhlükəsindən, virusun yarada biləcəyi ağır fəsadlardan qorunmağın yeganə yolu peyvəndlərin vurulmasıdır. Dövlət də vətəndaşların sağlamlıqlarını düşünürək böyük vəsaitlər sərf edib ölkəmizə vaksin gətirir və insanları pulsuz şəkildə vaksinləşdirməklə bəşəriyyəti narahat edən bu təhlükədən qorumağa çalışır.
 
Təəssü ki, bəzən sosial şəbəkələrdə də vaksinlərlə bağlı anti-təbliğat kampaniya xarakterli məlumatlar paylaşılır. Hər bir insan düşünülmüş şəkildə vaksin vurdurmalı, həm özünü qorumalı, həm də cəmiyyətin sağlamlığına öz töhfəsini verməlidir. Vaksin vurulması ilə bağlı saxta yollarla arayışların alınması isə yolverilməzdir. Belə hallar müəyyən olunduğu təqdirdə müvafiq orqanlar tərəfindən ciddi tədbirlər görülür”.

Qeyd edək ki,  Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, rəsmi sənədlər, dövlət təltifləri, möhür, blank, ştamp və s. saxtalaşdırılması, qanunsuz hazırlanması, satılması və ya saxta sənədlərdə istifadə edilməsinə görə məsuliyyət müəyyən edilib. Saxta arayış verən həkimlər 3 min manata kimi cərimə oluna, həmçinin onları ya 2 ilədək müddətə islah işləri və 2 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyə bilər.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...