Saxta dərmanlar ölkəyə hansı yollarla gətirilir? - VİDEO - FOTO

Saxta dərmanlar ölkəyə hansı yollarla gətirilir? - VİDEO - FOTO
 

Bir neçə gün əvvəl gömrükçülər Gürcüstandan külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıb.

Sfera.az milli.az-a istinadla bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Fikrət Ələsgərli - AGK-nın Əməliyyat İstintaq Baş İdarəsinin rəis müavini: "Ümumilikdə biz dərman preparatlarına baxış keçirərkən müəyyən etdik ki, nəqliyyat vasitəsində külli miqdarda dərman preparatları var. Təqribi sayına baxsaq, 850 ada yaxın dərman preparatları var idi. Sözügedən dərman preparatlarının ümumən orta bazar qiymətinə baxsaq, bu, ekspertlər tərəfindən 2 milyon manata yaxın qiymətləndirilir".

Ekspertlərin sözlərinə görə, saxta dərmanların ölkəmizə gətirilməsinin əsas səbəbkarları yerli biznes qurumlarıdır. Biznesmenlərin dərman gətirdikləri ölkələrdə məhsulların orijinal variantları da var. Amma daha çox pul qazanmaq üçün saxta dərmanları ucuz alıb, baha qiymətə Azərbaycan istehlakçısına satırlar. Bəzi həkimlər də biznes qurumlarının təsiri altındadır.

Eyyub Hüseynov - AİB sədri: "Ölkənin əmtəə bazarına saxta, mənşəyi məlum olmayan, əksər hallarda qaçaqmal yolu ilə gətirilən dərman preparatları daxil olur. Təəssüflər olsun ki, həkimlərlə bu cür saxta iş görənlər, qaçaqmalla məşğul olanların bir işbirliyi var".

İlqar Hüseynli - Ekspert: "Şirkətlər ölkədəki dərman preparatlarına olan tələbatı nəzərə alır, həmin tələbata uyğun olaraq qərar verilir ki, xaricdən növbəti partiya dərmanlar gətirilsin".

Səhiyyə Nazirliyinin analitik ekspertiza mərkəzinin bu ilin 9 ayı ərzində apardığı nəzarət yoxlamaları zamanı 600 qutudan çox dərman vasitəsi satışdan kənarlaşdırılıb. Həmin dərman preparatlarını satan apteklərə qarşı inzibati protokollar tərtib olunub. Amma mövcud qanunvericilik nəzarət yoxlamalarının effektiv aparılmasında çətinlik yaradır.

Pərviz Əzizbəyov - Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri: "Qanunvericiliyə görə, biz nəzarət yoxlamasını aparmaq üçün sahibkara ən azı 5 gün əvvəldən məlumat verməliyik ki, sahibkar subyektində yoxlama aparılacaq. Ona görə də yoxlamalar başlamadan əvvəl sahibkar məlumat tutduğuna görə, yoxlamanın effektivliyi azalır".

Aptekdən dərman alarkən, diqqət etməli olduğumuz məqamlar var.

Pərviz Əzizbəyov - Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri: "Dərman vasitəsinin qutusuna, qablaşmasının tamlığına fikir vermək lazımdır. Dərman vasitəsinin içlik vərəqəsində mütləq Azərbaycan dilində məlumatlar olmalıdır. Dərman vasitəsinin üzərində nəzarət markası olmalıdır".

Mütəxəssislər fırıldaqçılara aldanmamaq üçün internet saytlarından və səyyar satıcılardan dərman almamağı məsləhət görürlər.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...