Saxta COVID-19 pasportu verən məşhur xəstəxananın həkimlərinə cinayət işi açıldı

Saxta COVID-19 pasportu verən məşhur xəstəxananın həkimlərinə cinayət işi açıldı
Maştağa qəsəbəsində yerləşən "7 №-li Birləşmiş Şəhər Xəstəxanası” Publik Hüquqi Şəxsdə COVID-19 əleyhinə aparılmış vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Sabunçu rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, araşdırmalarla qeyd olunan xəstəxananın vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə vaksin vurulmadığı halda vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirmələri müəyyən edildiyindən fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Gəncə hadisələri”nə görə həbs edilənlərin cəzası AZALDILDI

"Gəncə hadisələri” ilə əlaqədar həbs olunmuş Urfan Məmmədovun cəza müddəti azaldılıb. Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə on...

Daha bir meyxanaçı saxlanıldı – Səbəb

Meyxanaçı Xudabaxış Kubinka (Hüseynzadə) Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sfera.az xəbər verir ki, meyxanaçı narkoti...

Anası qız uşağını dayənin yanına atıb getdi - Azərbaycanda

Azərbaycanda daha bir valideyn azyaşlı övladını atıb.   Bu barədə Sfera.az-a "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat verilib. Bildiril...

Baş prokurorluq Sənay Qəhrəmanlı haqqında MƏLUMAT YAYDI

Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı cinayət işi açılıb. Sfera.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib k...

Aeroport yolunda qəza törədən sürücü HƏBS EDİLDİ

Suraxanı Rayon Məhkəməsində aeroport yolunda sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsü Mahmud Əzizovun barəsində istintaq orqanının verdiyi təqdim...

DİN Bəxtiyar Hacıyevin şikayətini araşdırdı: 4 nəfər saxlanıldı

"+994 51 555 10 95 nömrəsindən yazıb, özlərini Kapital Bank əməkdaşı kimi təqdim edib, kartımda hansısa problemi araşdırmaq üçün kart nömrəsi və PİN istədilər. ...