Savadlı mütəxəssis, peşəkar idarəçi

Savadlı mütəxəssis, peşəkar idarəçi
 

Bu gün onun günüdür.

 Aysel Cəbrayılova 11 Oktyabr Bakı şəhərində anadan olub. İlk təhsilini 20 saylı məktəbdə alıb, İqtisad Universitetinin Kommersiya fakültəsində davam etdirib. Oxuduğu illərdə ölkənin aparıcı banklarının birində fəaliyyətə başlayıb.

 

 Tələbəlik və yenilikçilik

 Tələbəlik illərində həm oxuyub, həm də işləyən Aysel xanım qısa zaman ərzində karyerasında böyük irəliləyişlər əldə edib. Belə ki, o, ölkəmizdə rəqəmsal marketinqin inkişafında, sahibkarların maariflənməsində böyük zəhmət sahibidir. 2015-ci ildən etibarən Milli Marketinq Forumunun (MMF) təşkilatçısı, 2016-cı ildən etibarən Dijital Marketinq Konfransının (DMC) həmtəsisçisidir. 

 Sahibkarlıq və idarəçilik

2017-ci ildə uğurlu davam edən bank karyerasını yekunlaşdırıb özünün dijital agentliyini yaradıb. #filinfili tizeri ilə yerli mütəxəssislər arasında həyəcan yaradan FİL AGENTLİYİ elə həmin ilin fevral ayında Aysel xanımın həmtəsisçisi olduğu SAT FORUM-da elan edildi. Yeni açılan agentlik addım-addım irəliləyərək ölkə xaricindəki şirkətlərə də xidmət göstərməyə nail olub. Gördüyü işlərlə paralel təhsilini də dayandırmamış, Türkiyənin Anadolu Universitetində magistr təhsilini davam etdirir, İstanbul Teknik Universitetində Sosial media və dijital marketinq üzrə ixtisasartırma proqramını "uzmanlık sertifikat”ı ilə tamamlamışdır.

Liderlik

Aysel Cəbrayılova öz karyerasından əlavə olaraq həm də bu sahədə təhsil alan gənclərə böyük dəstək göstərib. Keçirdiyi təlim və konfranslarda yüzlərlə tələbə iştirak edib, könüllülük proqramlarında mentorluq edib və təcrübə proqramları ilə onlarla gənci mütəxəssis kimi inkişaf etdirib.

Fins.az olaraq öz növbəmizdə biz də A.Cəbrayılovanı təbrik edir, ona can sağlığı, yeni nailiyyətlər arzulayırıq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...