“Şaurma N1”in şəriki, “12-ci İmam” kimi təqdim edilən Aqilin bacısının da maşınına həbs qoyuldu - VİDEO

“Şaurma N1”in şəriki, “12-ci İmam” kimi təqdim edilən Aqilin bacısının da maşınına həbs qoyuldu - VİDEO
"Şaurma N1” restoranlar şəbəkəsinin şəriki, bir müddət öncə "12-ci İmam” kimi təqdim edilərək vətəndaşlara qarşı dələduzluq etdiyi iddiası ilə həbs olunan sahibkar Aqil Babayevin ailəsi təyziqlərə məruz qaldığını iddia edib.

Sfera.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya A.Babayevin bacısı Mətanət Babayeva məlumat verib. O bildirib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müraciəti əsasında şəxsi avtomobilinə həbs qoyulub:

"Baş Dövlət Yol Polisi tərəfindən "99-VD-699” dövlət nömrə nişanlı "Hyundai Santafe” markalı avtonəqliyyat vasitəmin istifadəsinə məhdudiyyət qoyulması barədə mənə məktub göndərilib. Hüquq-mühafizə orqanları bu yolla bizi Aqilin qanunsuz həbsi ilə bağlı şikayət etməkdən, məsələni ictimailəşdirməkdən çəkindirməyə çalışır.

Qardaşımın evindən 9 milyon manat pul və qızıl-zinət əşyaları aparılıb. Bu barədə aidiyyəti orqanlara şikayət etsək də, məsələ araşdırılmır. Əksinə qardaşım şərlənərək "12-ci İmam Mehdi” adı ilə heç bir dəlil olmadan həbs edilib.

Üzərinə həbs qoyulan avtomobil mənim şəxsi maşınımdır. Bu avtomobilimin qardaşıma, onun əmlakına heç bir aidiyyəti yoxdur. Bununla belə güc strukturları mənim avtomobilimin də üzərinə həbs qoydurub. Bu bizi susdurmaq cəhdlərindən biridir. Amma biz qardaşıma qarşı bu haqsızlığa susmayacağıq”.

M.Babayeva bildirib ki, Aqil Babayevin həbsindən sonra məhkəmədə qaldırdıqları vəsatətlərin ikisi təmin olunub:

"Qardaşımın həbsindən 3 aya yaxın vaxt keçib. Bu müddətdə yalnız soyğunçuluq faktı ilə bağlı hadisə yerinə simvolik baxış keçirilib və şahid dindirilib. Soyğunçuluğu törədənlərlə bağlı kifayət qədər dəlillər olsa da heç bir hüquqi addım atılmayıb”.

Qeyd edək ki, Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb. DİN Aqil Babayevin özünü "12-ci İmam Mehdi” kimi təqdim edərək insanlara qarşı dələduzluq etdiyini açıqlayıb. Sahibkar Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.


OXŞAR XƏBƏRLƏR

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...