Satdığı maşını həyətdən oğurladı və… - İlginc olayla bağlı ŞİKAYƏT

Satdığı maşını həyətdən oğurladı və… - İlginc olayla bağlı ŞİKAYƏT
Sumqayıt şəhər Təhsil İdarəsinin Maliyyə şöbəsinin müavini Musa Məmmədovun oğlunun avtomobil oğurlaması ilə bağlı saytımıza şikayət daxil olub.

Sfera.az xəbər verir ki, şikayətçi Nailə Qaragözova Fərid Məmmədovun sentyabr ayında ona 20500 dollara "Toyota Prado” markalı avtomobilini satdığını bildirib. N.Qaragözova avtomobilinin bir neçə ay sonra həyətlərindən Fərid Məmmədov tərəfindən oğurlandığını da iddia edib:

"Fərid Məmmədovla 2021-ci ildən tanışam. Ötən il o mənə bildirdi ki, təcili pul lazım olduğu üçün avtomobilini ucuz qiymətə satır. Mən də digər elanlarla müqayisədə gördüm ki, doğrudan da təklif etdiyi qiymət çox yaxşıdır və beləliklə avtomobili aldım, pul ödənildi və rəsmi sənədləşmə oldu. Sentyabrda Fərid mənə bildirdi ki, özü avtomobil alandək müvəqqəti olaraq anası Afaq Məmmədovaya etibarnamə verim və o maşını rahat sürə bilsin. Aramızda dostluq münasibəti olduğu üçün buna etiraz etmədim. Lakin dekabr ayında Fəridə zəng edib  avtomobili geri qaytarmağı deyəndə müxtəlif bəhanələrlə avtomobili qaytarmadı. Belə olan halda mən də 23 dekabr tarixində Afaq Məmmədovanın adına olan etibarnaməni ləğv etdim. Bundan iki gün sonra Fərid avtomobili gətirib binamızın həyətinə qoyub getdi və mənə bildirdi ki, maşının ikinci açarını səhəri gün gətirib verəcək. Lakin səhər avtomobil məhlədə yox idi, Fərid onu oğurlamışdı.
 
Vəziyyət belə olduqdan sonra Fəridin anasına yığdım, o isə cavabında "əcəb edib”, deyə bildirdi. Fəridin atası Musa Məmmədova vəziyyəti bildirəndə isə şikayət etməməyimi və mənə 20000 manat pul ödəməyə hazır olduğunu dedi. Bu isə avtomobili aldığım qiymətdən çox aşağı idi. Hətta sonradan bu hadisə ilə bağlı özünü polis polkovniki kimi təqdim edən Elbrus Rüstəmov iş yerimə gələrək məni hədələdi. Araşdırdım və bəlli oldu ki, o əslində keçmiş polis işçisidir. Bundan sonra mən polisə şikayət ərizəsi verdim”.

Şikayətlə əlaqədar qarşı tərəflə də əlaqə saxlamağa cəhd etdik. Musa Məmmədov şikayətlə əlaqədar zəng etdiyimizi bildikdə, bir qədər sonra əlaqə yaratmağımızı istədi və növbəti zənglərimiz cavabsız qaldı.
 

İnci
 

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti plenar iclası 19 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib. 1. Azərbayca...

ABŞ-Ukrayna münasibətləri GƏRGİNLƏŞİR: “Kiyev bu ssenariyə hazır olmalıdır”

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ölkəsinin Rusiyanın neft emalı zavodlarına təşkil etdiyi hücumlarla bağlı ABŞ-nin tənqidi fikirlərinə cavab verib. ...

Tanınmış tiktoker HƏBS EDİLDİ - FOTO

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərə...

Martda Azərbaycanın idxalı ixracdan çox olub – SƏBƏB

Azərbaycanın mart ayında həyata keçirdiyi xarici ticarət əməliyyatlarında idxalın ixracdan çox olması faktı qeydə alınıb. Bunun nəticəsində xarici ticarət balan...

Almaniya Prezidenti Türkiyəyə SƏFƏR EDƏCƏK

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-24-də Türkiyəyə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb...

Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” ela...