Sarkozi Trampa niyə hücum edir?
Fransanın keçmiş prezidenti Nikola Sarkozi Qərbin artıq tənəzzül etdiyini bildirib.
Sfera.az xəbər verir ki, keçmiş prezident Madriddəki Fransisko de Vitoriya Universitetində çıxışı zamanı deyib ki, Qərb öz aktivliyini əsrlər sonra Şərqə verib: "Bu, müəyyən baxımdan demoqrafiya ilə bağlıdır. 7 milyardlıq Yer əhalisinin 4 milyardı Asiyada, cəmi 800 milyonu isə Avropada yaşayır”.
Nikola Sarkozi həmçinin, Avropa Birliyini böhranda ittiham edərək, təşkilatı köhnəlmiş ideyalar və konsepsiyalardan imtinaya çağırıb. Keçmiş prezidentinin fikrincə, "27 ölkədən ibarət Avropa ola bilməz”. Bunun əvəzinə Sarkozi "dörd avropalı” görür: Şengen, avro, müdafiə və ittifaq. Buna görə də köhnə anlayışlardan imtina etməyə və "gələcək Avropa” barədə düşünməyə çağırır. Sarkozi qeyd edir ki, bu vəziyyət "Brexit”ə yol açıb. O, "Brexit”i "dəlilik, dram və tarixi ziddiyyət” adlandırdığı "Brexit”ə yol açıb.
Keçmiş prezident Qərbin tənəzzülünün əsas səbəblərindən birinin ABŞ Prezidenti Donald Tramp olduğunu söyləyib.
Siyasi təhlilçilər hesab edir ki, Sarkozinin bu çıxışı ilə sadəcə publikaya oynamağa çalışır. Onların fikrincə, keçmiş prezident Avropanı tənqid edib Asiyanı önə çıxarmaqla gələcək siyasi oyunlarında Avropadakı asiyalı miqrantların dəstəyini qazanmaq niyyəti güdə bilər.
Sarkozinin ABŞ prezidenti Donald Trampa hücumu da təsadüfi deyil. Keçmiş prezident bununla Avropa siyasi elitasında itirdiyi nüfuzunu geri qaytarmağa və heç olmasa bir şəkildə məhkəmə çəkişmələrində ləkələnmiş imicini düzəltməyə çalışır. Məlumat üçün deyək ki, keçmiş prezident seçki kampaniyasını qanunsuz maliyyələşdirməklə məhkəməyə cəlb edilib.(yeni sabah)