Sarkisyan: \"Gəlin, yeddi rayonu Azərbaycana verək\"

Sarkisyan: \
Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün şərtlərini açıqlayıb.

 S.Sarkisyan "Rusiya bu gün” agentliyinə müsahibəsində sərhədlərin açılması üçün ilkin şərtin irəli sürülməməsini deyib: "Mən həmişə deyirəm ki, istənilən ailənin qurulması üçün iki nəfərin razılığı lazımdır. Sərhədlərin açılmasında biz tərəfdən heç bir problem yoxdur. Ermənistan münasibətlərin qaydaya salınmasına çoxdan hazırdır. 2009-cu ildə bizim dostlarımız danışırdı ki, türklər soyqırımı (qondarma "erməni soyqırımı”-red) tanımayıblarsa, münasibətlər qurulmamalıdır. Lakin biz buna getdik. Mən erməni diasporunun nümayəndələri ilə görüşmək üçün bütün dünyanı gəzib dolaşdım. Parisdə, Nyu-Yorkda, Los-Ancelesdə minlərlə erməni ilə görüşdüm. Onlar Türkiyə-Ermənistan arasında protokolların imzalanmasına qarşı çıxırdı. Mən çalışırdım, onlardan xahiş edirdim və razı salırdım. Nəticədə imzalandı”.

Sarkisyan Türkiyəni öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

"Bəli, gəlin təhlükəsizlik zonasını (Dağlıq Qarabağ ətrafındakı yeddi rayon-red) Azərbaycana verək, Türkiyə ilə sərhədlər açılsın. Sonra nə olacaq? Üç ay, yaxud altı ay sonra, ya da bir il sonra münaqişə olacaq və onlar sərhədləri yenidən bağlayacaqlar”, - deyə o bildirib.

Sarkisyan daha sonra Türkiyəni yenə qondarma "erməni soyqırımı”na görə ittiham edib./publika/

OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...