\"Sarkisyan 2 rayonu qaytarmağa razılaşmışdı\"

\
 
Rusiya prezidenti Vladimir Putin bu ilin iyun ayında Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ ətrafındakı 2 rayonun qaytarılmasını, əvəzində kommunikasiyaların açılmasını nəzərdə tutan "olduqca konstruktiv” təklif vermişdi. 

Sfera.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda ABŞ dövlət katibinin keçmiş köməkçisi, Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza tert.am erməni saytına müsahibəsində danışıb."Mən ehtimal edirəm ki, təklif Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasını da nəzərdə tuturdu, hərçənd təklifin bu hissəsi barədə məlumatı rəsmi kanallardan almamışam. Ancaq bu, əlavə danışıqlar predmeti olacaq məsələ idi”-keçmiş diplomat deyib.

Brayzanın sözlərinə görə, Putinin Sankt-Peterburqda irəli sürdüyü təklif tərəflər üçün tamamilə cəlbedici idi, çünki orada danışıqların uzunmüddətli dalan vəziyyətindən çıxarılmasının yolu göstərilirdi.

"Mən Bakıda apardığım müzakirələr zamanı öyrəndim ki, Azərbaycan rəhbərliyi bu təkliflərə real ümidlər bəsləyir. İnanıram ki, Sarkisyan da Putinin təklifinə dəstəyini ifadə etmişdi. Və Ermənistanda iyul hadisələri də elə buna görə başladı, ərazilərin qaytarılmasına qarşı olan silahlı qrup polis idarəsini ələ keçirdi. Azərbaycanda da bu cür kompromislərə qarşı olan radikallar var. Ona görə də Sarkisyan və Əliyev Putinin təklifini dəstəkləyərək böyük cəsarət nümayiş etdirmişdilər”-Metyu Brayza deyib.

Xatırladaq ki, amerikalı keçmiş diplomat bir neçə ay əvvəl Putinin 2 rayonun qaytarılması, əvəzində kommunikasiyaların açılması barədə təklifi haqda danışıb, ancaq prezidentlərin bu təklifi dəstəklədiyi barədə nəsə deməyib. Brayza demişdi ki, o, məlumatı danışıqlara yaxın diplomatik mənbədən alıb. Tərəflər məsələni şərh etməyiblər.


OXŞAR XƏBƏRLƏR

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi: Ölənlər var

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.   Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçıları...

Fransa Azərbaycandakı səfirini GERİ ÇAĞIRDI

Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirl...

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanı qəbul edib.   Bu barədə Musa...

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

“Aprel ayının 3-də Prezident Yanında Əfv Məsələləri Komissiyası öz iclasına başladı. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Müvafiq rəylərin hazırla...

Almaniya prezidenti Türkiyəyə gedir – RƏSMİ

Almaniya prezidenti Frank-Valter Ştaynmayer gələn həftə üçgünlük səfərlə Türkiyəyə gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Almaniya pr...

Sülhməramlılar Azərbaycanı tərk etdi - VİDEO

Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib.    Sfera.az bu barədə Musavat.com-a istinadən xə...