“Sarı jiletlilər” büdcəyə 2,5 milyard avro ziyan vurub

“Sarı jiletlilər” büdcəyə 2,5 milyard avro ziyan vurub
 

Fransa "sarı jiletlilər”in etiraz aksiyaları başlayandan bəri bir il ərzində 2,5 milyard avro itirib.

Sfera.az bildirir ki, bu barədə Fransa hökuməti məlumat yayıb.

Bildirilir ki, il ərzində nümayişlər zamanı zərər çəkən 5 min kiçik müəssisə və ticarət firması dövlətdən yardım istəyib. Onlar hakimiyyətdən ümumi həcmi 460 milyon avroya çatan sosial ödəmələrin və digər vergilərin təxirə salınmasını xahiş ediblər. Həmçinin sığorta kompaniyaları həmin dövr ərzində 13 min müəssisəyə ümumilikdə 230 milyon avro təzminat ödəyiblər.

"Sarı jiletlilər” hərəkatının başladığı 2018-ci ilin noyabrından mehmanxana və restoran biznesində, ticarət və nəqliyyat sahələrində çalışan 75 min fransalı işçi qismən işsizliklə üzləşib.

Xatırladaq ki, 2018-ci il noyabrın 17-də yanacağa vergilərin artırılmasına etiraz olaraq Fransada "sarı jiletlilər”in irimiqyaslı aksiyaları başlayıb.


OXŞAR XƏBƏRLƏR