Sarayda silahı insident - Kürəyindən güllələdi

Sarayda silahı insident - Kürəyindən güllələdi

Dünən Abşeron rayonunda silahı insident baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 2-də rayonun Saray qəsəbəsində yaşayan Kamran Babayev evinin qarşısından boyun və kürək nahiyyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə müəyyən edilib ki, K.babayevi qonşusu, həmyerlisi Qüdrət Kərimov “Makarov” markalı tapançadan iki dəfə açılmış atəş açmaqla güllələyib.

Xəstəxanaya yerləşdirilən K.Babayevin vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb. Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


OXŞAR XƏBƏRLƏR