Samuxda qadın müəllim intihar etdi
22:30 / 19.06.2021
4019
Samux rayonunda intihar hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Nəbiağalı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Arzu Məmmədova yaşadığı evin zirzəmisində özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılı vəziyyətdə tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Samux rayon prokrorluğunda araşdırma aparılır.
Qeyd edək ki, A.Məmmədova Kəlbəcər rayon 47 saylı orta məktəbin müəllimidir.