Samsung Azərbaycanda rəsmi veb saytını istifadəyə verir

Samsung Azərbaycanda rəsmi veb saytını istifadəyə verir

Samsung -dan əla xəbər! Cənubi Koreya şirkəti Azərbaycanda rəsmi saytını istifadəyə verib. Sevdiyiniz məhsullar haqqında məlumat əldə etmək indi daha da asanlaşdı.

 

Saytın hər bölməsi istehsalçının yeni və tanınan cihazlarından ibarətdir. Ən əsası isə burada cihazların bütün texniki xüsusiyyətləri öz ana dilimizdə ətraflı şəkildə izah edilmişdir. Nəhayət, ki məhsullar haqqında bütün lazımi məlumatlar bir yerdə toplanmışdır və texnika xüsusiyyətləri haqqında lazımi məlumatları tapmaq üçün İnternetdə axtarış etmək tələb olunmur. Həmçinin, indi istədiyiniz məhsulu buradan, rəsmi distributorların köməyi ilə sifariş etmək də mümkündür.


İlk öncə seçdiyiniz məhsulun səhifəsinə keçərək istədiyiniz rəsmi distributorun mağazalar şəbəkəsindən biri seçməyiniz tələb olunur, sonra isə cihazınızın konfiqurasiyasını seçimlərinizə uyğunlaşdırmağınız təklif olunur: rəng, yaddaş və digər xüsusiyyətlər. Ən sonda isə cihaz bağlamasında dəqiq nəyin olduğu haqqında ətraflı məlumat təqdim edilir. Bundan əlavə, sistemin özü sizə məhsula uyğun əlavələr təqdim edəcəkdir, məsələn, smartfon aldıqda sizə ağıllı saatlar və ya simsiz qulaqlıq kimi uyğun aksessuarlar təklif olunacaq.


Diqqət! Samsung, rəsmi internet saytının açılması münasibəti ilə xüsusi promo aksiya təşkil etmişdir. İndi sadəcə bəyəndiyiniz bir məhsulu seçərək və ya xüsusiyyətlərini öyrənərək xüsusi hədiyyələr qazanmaq şansı əldə edirsiniz. Beləliklə, müsabiqədə iştirak etmək üçün sadəcə bu linkə keçid edərək formanı doldurmanız tələb olunur. Şəxsi məlumatlarınızı daxil etdikdən sonra bir neçə suala cavab verməyiniz xahiş olunacaq. Suallar Samsung məhsullarını və fərdi seçimlərinizi əhatə edir. Sualların hər birini cavablandırdığınızdan sonra yarışmada iştirakınızı təsdiq edən bir pəncərə görünəcək. Unutmayın ki, bəzi suallar üçün bir neçə cavabdan istifadə edə bilərsiniz.


Müsabiqənin 3 qalibi təsadüfi seçim əsasında anketi dolduran iştirakçılar arasından seçiləcək, canlı yayımda açıqlanacaq. Qaliblər aşağıda qeyd edilən hədiyyələri qazanmaq şansı əldə edəcəkdir:

• Smartfon - Galaxy S21 Ultra

• Televizor – The Serif

• Tozsoran - Jet ™ ️ Bot AI +

Müsabiqə 30 sentyabr tarixinə qədər davam edəcək. Aksiyada iştirak edərək, hədiyyələr qazanmaq şansını qaçırmayın!


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...