Samirə xəyanətlə bağlı suala görə studiyadan getdi - VİDEO

Samirə xəyanətlə bağlı suala görə studiyadan getdi - VİDEO
Aşıq Samirə Əliyeva "ARB" telekanalında yayımlanan "Onun sirri" proqramında qonaq olub.

Sfera.az xəbər verir ki, verilişdə aparıcı Lətafət Ələkbərova sənətçiyə "Həyat yoldaşınızla xəyanətə görə ayrılmısınız" sualını ünvanlayıb.

S.Əliyeva isə suala cavab vermək istəməyib və qəzəblənərək studiyanı tərk edib:

"Bu mövzu çoxdan baş verib. Bizim həyat qurmağımız, ayrılmağımız haqda yetərincə açıqlama vermişik. Bərabərik, düşmən kimi ayrılmamışıq. Həmişə çalışmışam ki, qapalı olum. O vaxt bu mövzuda ona görə açıqlama verdim ki, başqa "donlar" geyindirilməsin.


O vaxtdan da bu mövzunu bağladım. Bu barədə danışmaq istəmirəm. Mən özümə hörmət bəsləyən adamam, sizdən də bunu gözləyirəm. Proqramda udmaq-uduzmaq və ya heç bir səbəb məni şəxsi həyatımla bağlı danışmağa vadar edə bilməz. Bu haqda danışmaq istəmirəm".

Aparıcı isə Samirəyə "Verilişə gəlmisənsə, suallara cavab verməlisən. Əks halda pulu qazanmayacaqsan" deyib.

Samirə isə bunun qarşılığında səs rejissorunun studiyaya yaxınlaşaraq üstündəki mikrofonu açmasını tələb edib və bu sözləri dilə gətirib:

"Adam qarşılıqlı hörmət qoyar. Mən heç kimə icazə vermərəm ki, ailəm mövzusunda danışsın. Ailəm bilər mən bilərəm. Bunun heç kimə aidiyyatı yoxdur. Ailəmlə nə etmişik özümüz bilərik".

OXŞAR XƏBƏRLƏR

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.   Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.   Florida ...

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...