Samir Şərifovu bitirən şok faktorlar: agent, manat və 8 milyard

Samir Şərifovu bitirən şok faktorlar: agent, manat və 8 milyard

Maliyyə naziri Samir Şərifov üçün qaranlıq tunelin sonu görünməyə başlanıb. Tərəfdar.Az-ın məlumatına görə, nazirin karyerasını bitirəcək üç mühüm faktor icraya yönələ bilər.



Əldə etdiyimiz bilgilərə görə, hər şey S.Şərifovun agentlikdə ittiham olunmasından start götürüb. 
Üç ölkəyə agentlik?
Sabiq sovet kəşfiyyatçısı Yuri Şvetsə görə, Şərifov eyni vaxtda Rusiya, ABŞ və Türkiyə xüsusi xidmətlərinə işləyib. 
Onun "verbovka” olunmasında nazir müavini Xələf Xələfovun da adı çəkilib. Kiyev Universitetində oxuyarkən Şərifov "KQB” ilə sıx əməkdaşlıq edib. Sovet İttifaqı dağılmaq ərəfəsində agenturaya aid əksər qovluqlar Ukraynadan Moskvaya aparılıb. 
Onların arasında Şərifovun agentura işi də var idi. Şərifovun işi ilə tanış olan "KQB” zabitləri sırasında olan mənbə deyib ki, o, kompromat əsasında "verbovka” edilib. 
Onu qara bazarda xarici valyuta ilə qanunsuz alver əməliyyatları edərkən yaxalayıblar. Bu qəbildən geniş miqyaslı əməliyyatlar o vaxt SSRİ-də 10 ilik həbs və hətta ölüm cəzasına gətirə bilərdi. 
Lakin Şərifovun qara bazarda sövdələşməsinin həcmi böyük olmadığından, "KQB” ona göz yumdu və Kiyevdəki təhsili zamanı o, heç bir qalmaqal yaşamadı. 
Azərbaycan MTN-i Şərifovun ABŞ hökumətinin şübhəli əlaqələrinin araşdırılmasına başlayıb və tezliklə ağla gəlməyən olaylar sırasına aid fakt üzə çıxıb: naməlum şəxslər gecə BVF-nin Bakı nümayəndəliyinə girərək, 1992-cı ildəki danışıqlara dair bütün materialları oğurlayıblar.

Samir Şərifov uzun müddətdir Azərbaycan hökumətində qərbpərəst, amerikapərəst mövqeli nazir kimi tanınır. 
Onun adı baş nazir Artur Rəsi-zadənin uğurlu xələfi kimi də zaman-zaman mediada hallanıb. Bu ittihamların tirajlanması maliyyə nazirinin reputasiyasını kifayət qədər zərbə altında qoyub. 
Ölkə rəhbərliyi S.Şərifovun adının qarşısında "minus” işarələyib. Nazir barəsindəki qovluqda "quş”ların sayı getdikcə artmağa başlayıb. 
Manatın qatili kimdir?
Belə ki, iqtisadi böhran dövründə maliyyə naziri mövqelərini möhkəmləndirə bilməyib. Əksinə, ondan gözləntiləri puça çevirib. 
Nazir maliyyə bazarındakı sabitliyin pozulmasını qabaqlamaq üçün heç bir islahat paketi ilə çıxış etməyib. 
Tərəfdar.Az-ın xəbərinə görə, onun bank sektorunda, manatın kursu istiqamətində hər hansı real addımı olmayıb. 
S.Şərifov bu azmış kimi, kredit borclarına güzəşt olunması, 10 min manata qədər borcların silinməsi təkliflərinə dair açıqlamalarında məsələni kökündən balatlayıb. 
Nazir bu cür güzəştlərin olmayacağını qeyd edib. Əslində, "manat çevrilişi”nin müəlliflərindən biri olan S.Şərifovdan bu sayaq çıxışlar gözlənilən idi. 
Manatın kursunun qorunmasına məsul şəxslərdən biri olan S.Şərifov hakimiyyət çevrələrində ən çox tənqid olunan nazirlərdən biridir. 
Kəskin devalvasiya təklifini də S.Şərifov verib. Təkcə manatın kursunun qorunmasına görə yox, ölkənin maliyyə sisteminin bərbad gündə olmasına görə S.Şərifov məsuliyyət daşıyır: 
Onun tətbiq etdiyi "atkat” sistemi bütün dövlət sifarişlərindən 3-5 faiz "şapka” alınması, pul köçürmələrində ağılasığmaz maxinasiyalar ölkənin maliyyə sistemini bərbad vəziyyətə gətirib. Bu da ikinci faktordur ki maliyyə naziri üçün mənfi hal kimi qiymətləndirilib. 
Samir Şərifovu bitirən şok faktorlar:

8 milyarddan xəbəri olmayıb? 

Tərəfdar.az xəbər verir ki, sonuncu əsas amil Beynəlxalq Bank məsələsində də S.Şərifovun məsuliyyət payının olmasıdır. 
ABB-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyev ilk məhkəmə çıxışından son sözünə qədər S.Şərifovu ittiham etdi. Beynəlxalq Bankdan izsiz-tozsuz çıxarılaraq mənimsənilən səkkiz milyard manatla bağlı günahkar axtarışı isə davam edir. 
Doğrudanmı, Maliyyə Nazirliyi, həmçinin Beynəlxalq Bank rəhbərliyi bundan xəbərsiz olub? Mənimsənilən milyonlardan istənilən halda Maliyyə Nazirliyi və nazir xəbərdar olmalı idi: 
"Çünki Samir Şərifov Beynəlxalq Bankın Müşahidə Şurasının sədri olub. Müəyyən məbləğdən yuxarı olan kreditlərin verilməsinə qanuna görə Müşahidə Şurasının qərarı lazımdır. Maliyyə nazirinin burada məsuliyyəti var.
Hacıyevdən sitat: "Mən bu sistemdə 20 ildən artıq işləmiş adamam, xahiş etdilər ki, kreditlərin qaytarılmasında kömək edim. Praktika belədir ki, kreditlər qaytarılmırsa, məhkəməyə verib, girova yönəldilir". 

Bütün bunlara baxmayaraq istintaqla əməkdaşlığa başladım. Qısa müddətdə kreditlərin qaytarılması ilə bağlı böyük işlər görüldü. Həmçinin Moskvadakı törəmə bankın kreditlərinin qaytarılıması məsələsində də irəliləyişlər oldu. 
Bu, dövlət başçıları səviyyəsində müzakirə olunan məsələ idi. Rusiya prezidentinin Bakıya səfəri zamanı müzakirə olundu, xeyir-dua verildi. Lakin Maliyyə Nazirliyi və bankın menecmeti tərəfindən qarşısı alındı və nəticədə kreditlər batdı”. 
"Metanom” zavodu ilə bağlı da Rusiyanın "Qazprom” şirkəti ilə danışıqlar aparılmışdı. "Ölkəyə 2 milyard kubmetrlik qaz alınması ilə bağlı razılaşma olmuşdu. Ancaq bunun da qarşısını Maliyyə Nazirliyi aldı". 

Göründüyü kimi, maliyyə naziri üç iş üzrə ittiham olunur - agent, manatın qəsbkarı və 8 milyardın offşora çıxarılmasında məsuliyyətsizlik...

A.Vüsal
Tərəfdar.az Anlitik Qrupu

OXŞAR XƏBƏRLƏR

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...

"Qızıl Top" sahibi Kloppu əvəz edə bilər 

Yurgen Kloppun "Liverpul"un baş məşqçisi postundan getməsi ilə klubda almaniyalının yerinə kimin keçəcəyi sualı aktuallaşıb.   Sfera.az bil...

Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti LƏĞV EDİLDİ

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib. &nb...

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ap...