No Image
No Image

Samir Abasov: "Futbolçularım hər iki matçda əlindən gələni etdi"

Samir Abasov:
"Azarkeşlərimiz üçün darıxmışdıq. Sağ olsunlar, bizi tək qoymadılar. Atmosfer möhtəşəm idi".

Sfera.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis futbolçulara təşəkkürünü bildirib: "Bu cür oyunlara çıxmaq gərginlikdir. Bəzi epizodlarda səhvlərimiz oldu. Amma oyundan-oyuna daha da güclənəcəyik. Buna əminəm. Futbolçularım hər iki matçda əlindən gələni etdi. Cəmi 3 yoxlama matçından sonra bu səviyyədə oynamaq asan deyil. Oyunçularımız bacardılar və lazımi nəticəni qazandılar". // "Report"

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR