Şamaxıda təhlükəli piyada zolağı - FOTO

Şamaxıda təhlükəli piyada zolağı - FOTO

Şamaxı rayonunda sakinlər yeni çəkilən piyada zolağından istifadə edə bilmir.

Sfera.az  xəbər verir ki, problem hazırda inşası davam etdirilən Bakı-Şamaxı-Yevlax yolundadır.

Müasir standartlara uğun inşa edilən yol iki zolaqdan dörd zolağa əvəzlənir, sürücülərin rahat hərəkətinin təmini üçün işlər görülür.

 

Yolun yaşayış məntəqələrinə yaxın hissəsində, piyadaların sıx hərəkət etdiyi yerlərdə çəkilən piyada zolağı istifadəyə yararsızdır. Yolun bir tərəfindən digər tərəfinə keçmək istəyən piyadanın qarşısına avtomobilərin gediş və dönüşünü tənzimləyən beton plitələr çıxır. Bu mənzərə ilə yolun bir neçə hissəsində rastlaşmaq mümkündür.

Rayonun Sabir qəsəbəsində yerləşən piyada zolağında da vəziyyət eynidir. Hər gün bu yoldan istifadə edən sakinlər yolu keçməkdə çətinlik çəkir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən yolda tikinti işləri tam yekunlaşdırılmayıb:

"Buna görə bəzi çatışmazlıqların olması qaçılmazdır. Amma bu, müvəqqətidir. Çünki tikintinin yekunlaşdırılması ilə bu problemlər də tam aradan qaldırılacaq”. 

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Oxu.Az-a bildirib ki, həmin nöqtələrə yaxın günlərdə piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yol nişanları qoyulacaq və beton maneələrin arasından vətəndaşların magistral yolu keçməsi üçün şərait yaradılacaq.

Nişanlanma işləri tam başa çatmadığı üçün piyadaların təhlükəsizliyi baxımından bu, hələlik mümkün deyil. Bundan başqa, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən hissəsində bəzi piyada zolaqlarının yerində yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulur. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

"Mən itirdikcə qazandım" - Oksana

"İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona... Ü...

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.    Sfera.az-ın məlumatına görə, hadisə bu...

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə qalib gələrək finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Ne...

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...