“Şamaxı rayonunun problemləri ilə bağlı yazılı müraciət ünvanladım” – Mİllət vəkili

“Şamaxı rayonunun problemləri ilə bağlı yazılı müraciət ünvanladım” – Mİllət vəkili

"Şamaxıda işsizlik, su problemi və qaz limiti ilə bağlı məsələləri Milli Məclisin katibliyinə yazılı surətdə təqdim etdim”.

 

 

Sfera.azxəbər verir ki, bu sözləri millət vəkili Tamam Cəfərova özünün sosial şəbəkə hesabında yazıb.

 

"Aprelin 9-da keçirilən Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildəki fəaliyyəti haqqında hesabat dinlənildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında video hesabat təqdim edildi. Hesabat onu göstərdi ki, 2019-cu il Azərbaycan tarixinə "islahatlar ili” kimi daxil olacaq. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliy ilə aparılan davamlı islahatlar və həyata keçirilən sosial-iqtisadi tədbirlər nəticəsində 2019-cu ildə makro-iqtisadi və maliyyə sabitliyi təmin olunaraq dayanıqlı iqtisadi artıma nail olunub. 2018-ci ildə başlanan islahatlar 2019-cu ildə kadr və struktur islahatları ilə davam etmişdir. Nazirlər Kabinetinin hesabatında görülən bütün işlər və uğurlar geniş və faktlarla əks olunmuşdu”.


 

İclasda mövcud pandemiya şəraiti ilə bağlı vaxt məhdudluğu nəzərə alınaraq, millət vəkillərinə öz təkliflərini yazılı təqdim etmək imkanının yaradıldldığını bildirən deputat təmsil etdiyi Şamaxı rayonunun problemləri ilə bağlı Milli Məclisin katibliyinə yazılı olaraq müraciət ünvanladığını vurğulayıb:


"Pandemiya ilə bağlı hələ deputat kimi rayona gedə bilməsəm də, seçki kampaniyası zamanı Şamaxının bütün kəndlərində seçicilərlə görüşmüşəm. Seçicilərin qaldırdığı bütün problemlər qeydə alınıb, sistemləşdirilib. Hazırda pandemiya şəraitində seçicilərlə sosial şəbəkələr və telefon vasitəsilə əlaqə saxlayıram və onların problemlərini həll etməyə çalışıram.

 

Milli Məclisin katibliyinə verdiyim təklifləri diqqətinə çatdırmaq istəyirəm:

 

1.Şamaxının su probleminin həlli məsələsi. Rayonda həm əkin sahələrinin suvarılmasına, həm də içməli suya böyük ehtiyac var. Seçicilərlə görüşlərimizdə su məsələsi əksər kəndlərdə sakinlər tərəfindən ciddi problem kimi qaldırılmışdı.

2. Rayonda işsizlik problemi ilə bağlı məsələlər. Müraciətimdə Şamaxıda yeni iş yerlərinin açılmasının vacibliyini diqqətə çatdırdım.

3. Qaz limitinin artırılması. Coğrafi şəraiti nəzərə alaraq, şimal rayonlarında qaz limitinin artırılmasını təklif etdim.

 

Hökumətdən xahiş etdim ki, müvafiq qurumlar Şamaxının bu problemlərinin həllini diqqətdə saxlasınlar və tezliklə həllinə köməklik etsinlər”.


OXŞAR XƏBƏRLƏR

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...