Salyanın sabiq icra başçısı rayondan taladığı pullarla qızına 100 min dollara avtomobil aldı — FOTO

Salyanın sabiq icra başçısı rayondan taladığı pullarla qızına 100 min dollara avtomobil aldı — FOTO
 Salyan Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Tahir Kərimovun daha bir qanunsuz əməli ortaya çıxıb. 

Sfera.az demokrat.az-a istinadən xəbər verir ki, Tahir Kərimov Salyanın icra başmçısı olduğu dövrdə (2011-2016-cı illərdə) rayonda fəaliyyət göstərən iş adamlarını müflis etməklə yadda qalıb. 
 
O, rayondakı sahibkarlardan aylıq pul toplayaraq, öz ailə biznesini genişləndirməklə məşğul olub. Hətta, vəziyyət o həddə çatıb ki, Tahir Kərimov rayondan olan iş adamlarının övladları üçün təşkil etdiyi toy mərasimlərinə qatılmaq üçün əvvəlcədən pul tələb edib, pul göndərməyən sahibkarları isə elektrik verilişini dayandırmaqla cəzalandırıb. 

Əldə etdiyimiz yeni məlumata görə, Tahir Kərimov bir neçə il əvvəl Salyan rayonunun Qarabağlı kəndində fəaliyyət göstərən bir neçə iş adamından məcburi şəkildə pul alaraq, qızı üçün 100 min dollarlıq ağ rəngdə "Toyota Land Cruiser 200" model avtomobil alıb.

İş adamları Tahir Kərimova verdikləri vəsait hesabına bahalı avtomobil alınmasını sonradan bildiklərini deyirlər. 

Sözügedən məsələ ilə bağlı Tahir Kərimovun mobil telefon nömrələrinə zəng etsək də, ancaq onunla əlaqə saxlamaq mümkün olmayıb. 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...