Salyanın keçmiş başçısı ilə bağlı SENSASİON İDDİA: “Tahir Kərimov iş adamı olan toy sahiblərindən pul tələb edirmiş…”

Salyanın keçmiş başçısı ilə bağlı SENSASİON İDDİA: “Tahir Kərimov iş adamı olan toy sahiblərindən pul tələb edirmiş…”
 

Salyan Rayon İcra Hakimiyyətinin başçısı olmuş (2011-2016-cı illərdə) Tahir Kərimovla bağlı maraqlı məlumat açıqlanıb. 

Salyandan olan iş adamları demokrat.az-a bildirib ki, Tahir Kərimov bu rayonda icra başçısı işlədiyi vaxtı yerli sahibkarlardan biri onu övladının toy məarsiminə dəvət edib. Dəvətnamə Tahir Kərimova çatandan az sonra icra başçısının köməkçisi iş adamına zəng edərək, dəvətnamənin içərisinin niyə boş göndərilməsi barədə sual edib.

Sözügedən iş adamı deyir ki, Tahir Kərimovun köməkçisi ona zəng edib bu sualı verən zaman ilk anda bunun mahiyyətini anlamayıb.

"Ancaq sonra Salyandan olan başqa bir iş adamı dostum da mənə bildirdi ki, bizim kimi adamlar tərəfindən Tahir Kərimov toya dəvət edilən zaman dəvətnamənin içərisində mütləq pul göndərilməlidir. Əks təqdirdə Tahir Kərimov həmin toya qatılmayacaqdı. Hətta, o, pul göndərilmədiyinə görə toy keçirilən yerin işıqlarını söndürürdü. Bu onun adəti idi. Buna görə də biz məcburiyyətdən Tahir Kərimovu icra başçısı kimi toya mütləq dəvət edirdik. Özü də dəvətnamənin arasında mütləq pul göndərirdik…”, – deyə sahibkar əlavə edib.

 

Sözügedən ittihamlarla bağlı Tahir Kərimovun telefon nömrələrinə zəng etsək də, zəngimizə cavab verən olmayıb.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...