Salyanda minik avtomobili yoldan çıxıb aşdı, bir nəfər öldü

Salyanda minik avtomobili yoldan çıxıb aşdı, bir nəfər öldü
Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun Stansiya yaşayış massivinin yaxınlığından keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Gornaboy rayonunun Əlirzalı kənd sakini, 1988-ci il təvəllüdlü Abbasov Elvin Eldar oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
 
(Report)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR