Salyanda Kür çayında axtarılan dörd uşaq anasının Bakıya getdiyi məlum oldu

Salyanda Kür çayında axtarılan dörd uşaq anasının Bakıya getdiyi məlum oldu
Salyan rayonun Seyidsadıqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızının Kür çayının kənd ərazisindən keçən hissəsində boğulmadığı məlum olub.

Sfera.az-ın əldə etdiyi məlumata görə, o, səhər saatlarına yaxınlarına zəng edərək, Bakıya getdiyini bildirib. "Məni axtarmayın, Bakıdayam”, - qadın deyib.

Bu səbəbdən onun Kür çayında axtarışları dayandırılıb. Qeyd edək ki, qadının Kür çayında boğulduğu ehtimal olunurdu. Buna səbəb A.Bəndəliyevanın "Mən özümü Kürə atacam” yazısının olması idi.

Qadının bundan narahat olan yaxınları dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat veriblər. Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

Qeyd edək ki, A Bəndəliyeva ailəlidir, 3 qızı, 1 oğlu var. (report)

OXŞAR XƏBƏRLƏR

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.    Sfera.az lent.az-a istinadən bildirir ki, qasırğa üç gün davam edəcək və bu ayın ...

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.   Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.   Florida ...

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...