Salyanda ağır qəza: 7 nəfər xəsarət alıb
20:26 / 25.04.2019
4472
Salyan rayonunda yol qəzası baş verib.
Sfera.az "Report”-a istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında Noxudlu kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, "QAZel” markalı yük maşını ilə "Mercedes markalı avtomobil toqquşub. Nəticədə 7 nəfər xəsarət alıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.