Salyanda 49 yaşlı sürücü bıçaqlandı
13:35 / 30.11.2020
2432
Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, Salyan-Şirvan avtomobil yolunun Qaraçala qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, taksi sürücüsü işləyən rayon sakini, 1971-ci il təvəllüdlü Gülüşov Cəbrayıl Mirzağa oğlu tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
(report)