Salyanda ağır qəza oldu
Hadisə
09:54 / 05.04.2021
1067
Salyan rayonunda yol qəzası olub.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Salyan rayonu ərazisində "KamAZ” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.