Saleh Məmmədov 11 rayonda milyonlar silir, oğlu isə “alın təri” ilə Londonda...

Saleh Məmmədov 11 rayonda milyonlar silir, oğlu isə “alın təri” ilə Londonda...
Füzulidən olan məcburi köçkün Bayram Hacıyev prezident İlham Əliyevə müraciət edib

Cahan.info-nun xəbərinə görə, B.Hacıyev Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi sədri Rövşən Rzayevi ittiham edib.

Onun sözlərinə görə, prezident tərəfindən köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına ayrılan dövlət vəsaitləri "Qaçqınkom” tərəfindən müxtəlif firmalara yönəldilərək mənimsənilir. 

Bunun başında komitə sədrinin dayandığını iddia edən məcburi köçkün R.Rzayevin varlanmaq həvəsinə düşdüyünü qeyd edib. 

Belə ki, komitənin qəsəbələri idarə edən Mənzil İstismar Departamentinin direktoru Rasim Tağızadə 100-dən çox işçinin əmək haqqını mənimsəyib. 

Sonra qəsəbələrin saxlanmasına ayrılan vəsaiti MİS-lərə köçürmək əvəzinə, "obnaliçka” şirkətlərə transfer edərək 3 milyon manatı mənimsəyiblər. 

"Mən bu məsələni Rövşən Rzayevə çatdırdım. Lakin komitə sədri onu işdən azad etməklə kifayətləndi. Halbuki, korrupsiya faktı hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıydı”.

B.Hacıyev komitənin daha bir qurumu - Təchizat İdarəsi barədə ittihamlar irəli sürüb. Onun dediyinə görə, son bir il ərzində sözügedən idarəyə ayrılan 1 milyon manat vəsait yenə eyni qaydada, "obnaliçka” firmalara köçürülərək mənimsənilib. 

Pul istehsalatla məşğul olmayan firmalara köçürülüb, nağdlaşdırılıb, sonra bir hissəsinə ucuz, keyfiyyətsiz mallar alınıb. Bu faktı araşdırmaq üçün xəzinədarlıq məlumatlarını götürə bilərsiniz. 

Bəzi əməliyyatlar kağız üzərində aparılıb. Həmçinin, Təchizat İdarəsinin balansında olan xarici yük maşınları 200 manat saxta müqavilələr bağlanmaqla arendaya verilib. 

Həmin maşınlar külli miqdarda dövlət vəsaitinə alınıb, qaçqınların köçürülməsi işləri üçün nəzərdə tutulub. Komitə rəhbərliyi nə üçün dövlətin pullarını ciblərə axıdır? 

"Mənim iradlarımdan sonra maşınlar komitənin həyətinə qaytarılıb. Təchizat İdarəsinin kombinatları, anbarları korrupsiya faktları ilə doludur.

Rövşən Rzayev hər yerdə şəffaflıqdan danışır. Bəs niyə təyin etdiyi Pərvizlə yola getmədi?”, - deyə B.Hacıyev sual edib. O, müvafiq orqanların göstərilən xüsusatları araşdırmalı olduğunu vurğulayıb.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...