Şakira vəhşi donuzların hücumuna məruz qaldı - FOTO
17:07 / 30.09.2021
1196
Məşhur müğənni Şakira vəhşi donuzların hücumuna məruz qalıb.
Sfera.az bildirir ki, bu barədə ifaçı özü məlumat verib. O, başına gələnləri göz yaşı içində danışıb.
"Barselonadakı parkda oğlum Milanla gəzirdim. Birdən iki vəhşi donuz hücum etdi. İçində mobil telefonumun da olduğu çantamı alıb meşəyə doğru qaçmağa başladılar. Çantadakı hər şeyi məhv etdilər”, - deyə Şakira qorxu dolu anlarından söz açıb.
Məlumata görə, müğənninin çantası zərər görsə də, oğlu və özü yaralanmayıb.
Türkan
Sfera.az